Vətən uğrunda canını sipər edən leytenant Şəhidin övladı atasının yolunu davam etdirmək istəyir
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baku TV antiterror tədbirlərində igidlik göstərərək şəhid olan Fərid Mirzəyev haqqında reportaj hazırlayıb.
Şəhidin həyat yoldaşı Rəşidə Mirzəyeva bildirib ki, Fərid Mirzəyev 19 sentyabrda həyata keçirilən lokal antiterror tədbirlərində ərazi bütövlüyümüzün təminatı uğrunda canı və qanı bahasına döyüşüb.
"İndi övladımız da atasının arzularını həyata keçirmək istəyir. Həmişə "mən də atam kimi döyüşçü olacağam" deyir", - Rəşidə Mirzəyeva əlavə edib.
Şəhidin atası Namiq Mirzəyev isə oğlunun qəhrəmanlığından bəhs edib:
"Fərid taqım komandiri kimi şəhid olub. Onun gözündə qorxu yox idi. Döyüş yoldaşları "komandir, sənin uşaqların var, arxada get" desələr də, öndə döyüşərək şəhid olub".
Ətraflı süjetdə:
Vətən uğrunda canını sipər edən leytenant - Şəhidin övladı atasının yolunu davam etdirmək istəyir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Sentyabr 2025 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















