Icma.az
close
up
RU
Vətəndaş Anın rejissoru Elvin Rüstəmzadə: Bizim üçün ən böyük maneə...

Vətəndaş Anın rejissoru Elvin Rüstəmzadə: Bizim üçün ən böyük maneə...

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Bu günlərdə Azərbaycan film sektorunda adından söz etdirən  "Vətəndan A" serialı son illərin ən uğurlu işlərindən hesab olunur. Müasir dövrə adaptasiya edilməklə, Cəfər Cabbarlının "Almaz" əsərinin motivləri əsasında çəkilən bu çoxseriyalı filmdə cəmiyyətdə təhsilin vacibliyi vurğulanır. Kəndə gələn Almaz dərs dediyi məktəbdə və kəndin özündə baş verən qanunsuzluqlarla, özbaşınalıqlarla, həmçinin qadın hüquqları uğrunda  mübarizə aparır.

Sitat.info cəmiyyətdə sevilən və bəyənilən "Vətəndaş A"-nın rejissoru Elvin Rüstəmzadə ilə serialı müzakirə edib.

Gənc rejissor vurğulayıb ki, seriala müsbət reaksiyalar gözlənilsə də, bu qədər olacağını gözləməyiblər: "Bilirsiz, "Vətəndaş A"-da mövzu və hadisələr elədir ki, hamının bildiyi, eșitdiyi, gördüyü məsələlərdir. Hadisələr tamaşaçıya doğma və maraqlı gəldi. Ona görə də sevildi". 

E.Rüstəmzadə qeyd edib ki, çəkiliş zamanı qarşılaşdıqları ən böyük çətinliklərdən biri məhz serialın rayonda, ucqar bir kənddə çəkilməsi olub: "Çətinlik hər işdə olur. Bizə isə əsas maneəni çəkilişin rayonda olması yaratdı. Bayan kəndi Daşkəsəndə, qaldığımız otel isə Gəncədə idi. Hər gün Bayana 20 kilometrdən artıq yol gedirdik.  Yollar dolam-dolaşıq, yorucu idi. Gah yağış yağırdı, gah gün çıxırdı. Gah maşın xarab olurdu".

Rejissor qeyd edib ki, kənd sakinlərinin də ilk münasibəti o qədər isti olmayıb: "İlk ərəfələrdə Bayanın sakinlər bizi sevmədilər. Yığışıb söhbət edirdilər, çəkilişə mane olurdular, geyim-keçimə ilişirdilər və s. 
Daha sonra caamatla  qaynayıb-qarışdıq, dostlaşdıq".

Qeyd edək ki, İTV-də yayımlanan serial ümumilikdə 12 bölümdür və keçən həftə final bölümü yayımlandı.

Fatimə Zeynal,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://sitat.info
archiveBu xəbər 12 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri