Icma.az
close
up
RU
Vətəndaş cəmiyyəti olaraq, Rusiyadan tələb edirik ki, törədilən qəzanın səbəbkarlarını cəzalandırsın Toğrul Allahverdili

Vətəndaş cəmiyyəti olaraq, Rusiyadan tələb edirik ki, törədilən qəzanın səbəbkarlarını cəzalandırsın Toğrul Allahverdili

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı bir daha bu hadisənin Rusiya tərəfindən törədildiyini bildirdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili söyləyib.
T.Allahverdili diqqətə çatdırıb ki, ölkəmizdə bəzi şəxslər var ki, hər dəfəsində Rusiyanın etdiyi günahları ört-basdır etməyə çalışırlar:
“Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də açıq şəkildə hadisənin Rusiya tərəfindən törədildiyini, Rusiyanın üzr istəməli olduğunu bildirdi. Çox sevindirici haldır ki, Azərbaycan diplomatiyasının uğuru və Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsi göstərdi ki, Rusiya prezidenti, təkəbbürlü, gözü qan bürümüş Putin Azərbaycan xalqından, Prezidentindən hadisə ilə bağlı üzr istədi. Ona rəğmən ölkədəki bəzi insanlar rusdan çox rus olmaq istəyirlər. Bir misal var, papadan çox katolik olmaq. Bu da ona bənzəyir. Açıqlamalar verirlər ki, burada Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq olmaz, bu, Rusiya-Azərbaycan əlaqələrinə zərbədir. Məgər, bu, Xocalı soyqırımını, 20 Yanvar hadisələrini törədən həmin rus deyilmi? Biz bundan başqa rusdan nə gözləməliyik ki? Ruslar üçün dost, müttəfiq anlayışı yoxdur. Bu gün də Prezident Rusiyanın törətdiyi qəza nəticəsində həlak olan ekipaj üzvlərinin ailələri ilə görüşəndə açıq konteksdə dedi ki, bu hadisəni törədən Rusiya tərəfidir”. 
Sədr əlavə edib ki, buna rəğmən bəzi siyasətçilər öz bildiklərini deyirlər: 
“Vətən müharibəsində ağzına su alıb oturan şəxslər, dövlətdən medal, evlər alanlar, dövlətin hesabına oliqarx olanlar susublar. Əsas səsləndiyim içimizdə oturub, bu mövzuya susanlaradır. Bu xalqın, millətin, Prezidentin arxasında durun. Prezident açıq aşkar bunu deyirsə, siz nədən çəkinirsiz? Vətəndaş cəmiyyəti olaraq Rusiyadan tələb edirik ki, bu törədilən qəzanın səbəbkarlarını cəzalandırsın. Təyyarə qəzasında vəfat edənləri mən şəhid hesab edirəm. Buna görə də şəhidlərimizin qanı yerdə qalmamalıdır.  Qanun çərçivəsində ədalət yolu ilə haqqımızı tələb etməliyik”. 
Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Yanvar 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see215

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see196

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see183

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see160

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see155

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see153

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see153

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see147

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri