Icma.az
close
up
RU
Vətəndaşımızın gətirilməsi üçün təyyarə hazırdır

Vətəndaşımızın gətirilməsi üçün təyyarə hazırdır

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı Rinat Asanovun daşınması üçün təyyarə hazırdır. SİA Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib.

O vurğulayıb ki, R.Asanovun hazırkı vəziyyəti ağır olaraq qalır və daşınma onun üçün təhlükəli ola bilər: “Həkimlər icazə verən kimi o, vətəninə aparılacaq. Buna görə də hazırda o, yerli xəstəxanada tibbi yardım alır və müalicə olunur”.

Qırğızıstanın digər iki vətəndaşının vəziyyəti qənaətbəxş qiymətləndirilir və onların xəstəxanadan bazar ertəsi buraxılması planlaşdırılır. Bu barədə səhiyyə naziri Alımkadır Beyşenaliyev ölkə Prezidenti Sadır Japarova təyyarə qəzasında xəsarət alanlara xüsusi diqqət göstərilməsi ilə bağlı tapşırığının icrası barədə məruzəsində bildirib.

seeBaxış sayı:39
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri