Icma.az
close
up
RU
Vətəndaşın özəl ekspertizaya pulu çatacaq?

Vətəndaşın özəl ekspertizaya pulu çatacaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması nəzərdə tutulur.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Palata özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılacaq.

Özünüidarəetmə prinsipi ilə fəaliyyət göstərəcək qeyri-kommersiya hüquqi şəxsin məqsədi üzvlərinin hüquq və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək olacaq.

Ümumiyyətlə, Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılmasının hansı üstünlükləri var və vətəndaşlar üçün müsbət rolu olacaqmı? 

Məsələ ilə bağlı hüquqşünas-iqtisadçı Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, özəl ekspertizanın olması yaxşı haldır:

“Çünki bu gün xeyli ekspertiza növləri dövlətin, Ədliyyə Nazirliyinə tabe olan Ekspertiza Mərkəzinin inhisarındadır. Bu da çox zaman sui-istifadə hallarına  gətirir. Yəni oradakı ekspert nə deyirsə, məhkəmə də onu qəbul edir. Bununla mən özüm də üzləşmişəm. Yəni bu proseslər də problemə gətirib çıxarır. Vətəndaşların haqları pozulur. Məhkəmə də deyir ki, ekspertin cavabı belədir, mən də onu qəbul edirəm.

Ümumiyyətlə, bizdə Ekspertiza Mərkəzinin fəaliyyəti qənaətbəxş deyil. Məsələn, mikroskopdan heç vaxt istifadə etmirlər, lupa ilə baxırlar. XXI əsrdə bu biabırçılıqdır. Bu baxımdan, dövlət ekspertizası bərbaddır. Ona görə də özələ ehtiyac var. Özəlin də artıq bəzi növləri var. Ancaq onların fəaliyyəti tənzimlənməli, nəzarət olunmalıdır. Əks təqdirdə, kim necə gəldi edəcək. Necə ki, hazırda bəzi sahələrdə bu var". Ekspert bildirib ki, hazırda  Qiymətləndirmə Palatası qiymətləndirici şirkətlərin fəaliyyətini tənzimləyir:

"Orada da vəziyyət o qədər yaxşı deyil. Məsələn, bir şirkət bildirir ki, filan əmlakın qiyməti 1 milyondur, digəri isə 3 milyon deyir. Fərq bu qədər ola bilməz. Bütün sahələrdə olduğu kimi, özəl ekspertlərin də rəyində problem olacaq. Buna nəzarət etmək, fəaliyyətini tənzimləmək üçün Palataya ehtiyac var. Azərbaycanda hələlik bu, özünü doğrultmur.

Reallıqda bu, nə auditorların, nə də qiymətləndiricilərin peşəkarlığını təmin edir. Ancaq ola bilər ki, qismən özbaşnalığın qarşısını alır. Burada da böyük ehtimalla özəl ekspertiza da həmin rolu oynayacaq. Ən azı vətəndaşda seçim imkanı olacaq. Digər problem odur ki, özəlin qiyməti baha olacaq”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: özəl ekspertiza Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri