Icma.az
close
up
RU
Vətəndaşlar necə borc bataqlığına düşür? EKSPERTLƏR ÖLKƏDƏKİ KREDİT ŞƏRTLƏRİNDƏN DANIŞDI

Vətəndaşlar necə borc bataqlığına düşür? EKSPERTLƏR ÖLKƏDƏKİ KREDİT ŞƏRTLƏRİNDƏN DANIŞDI

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bank borcları və kreditlər, xüsusən günümüzdə ailələr və fərdlər üçün əsas maliyyə qaynaqlarından birinə çevrilib. İnsanlar əsasən ehtiyaclarını qarşılamaq, ev almaq, təhsil xərclərini ödəmək və digər vacib məqsədlər üçün kredit götürürlər.

Lakin bankların təklif etdiyi kreditlər sürətli həll olsa da, bəzən yüksək faizlər və borcun uzun müddətdə artması maliyyə çətinliklərinə səbəb ola bilər. Ailələr və fərdlər tez bir şəkildə vəsait əldə etmək istəyərkən bu kreditlərə asanlıqla meyillənir və nəticədə borc bataqlığına düşə bilirlər.

Vətəndaşların banka borclanmasının səbəbləri nədir və bunun sosial təhlükələri nələr ola bilər? Əhali niyə banklardan kredit aslılığına düşür?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların borca girmələrinin səbəbi lazımsız xərclərə pul sərf etmələridir, amma əksəriyyət ehtiyacları səbəbindən belə bir vəziyyətə düşür:

“Ehtiyaclarını qarşılamada çətinlik çəkdikləri üçün bəzən övladlarını oxutmaq, ev almaq, iş qurmaq kimi həyati məsələlərdə borca girirlər. Hətta son illərdə mərc oyunlarında pul uduzan insanlar bahalı telefonlar almaq uğrunda borca girənlər və borcları faizləri ilə artan insanlar da çoxdur. Beləliklə, həm ehtiyac, həm də etinasızlıq bəzi insanlar üçün borca girmənin səbəbi olur.
Yeni telefonların versiyalarının çıxması ilə birlikdə əksər gənclər əlindəki köhnə telefonlarını ucuza satıb yeni versiyasını almağa çalışırlar. Bəzi insanlar hətta pensiyalarını telefon borcuna xərcləyir, evdən əlavə dəstək gözləyirlər. Tələbələr arasında da bu cür borc vəziyyətinə düşənlər çoxdur. Üstəlik, bəzi insanlar bütün var-dövlətlərini mərc oyunlarında itirir, evlərini və maşınlarını satır, daha sonra borca girirlər. Gərəksiz xərclərdən sonra borclarını ödəyə bilmədikləri üçün banklara borc götürənlər də çoxdur.

Ümumilikdə, ehtiyaclardan dolayı, məsələn, uşaq oxutmaq, ev almaq, yaxud iş qurmaq kimi səbəblərdən borclananlar da çoxdur. Bu, əksər hallarda ailə büdcəsi ilə əlaqədar yaranan dizbalansdan qaynaqlanır. Gəlir xərclərə uyğun olmadığı halda xüsusilə ailə tərkibi artdıqca, ciddi maliyyə problemləri yaranır. Bu vəziyyətin nəticəsi olaraq, banklar bəzi insanlar üçün xilaskar rolunu oynayır, amma çox vaxt insanlar banklara müraciət edə bilmirlər. Bank olmayan kredit təşkilatlarına gedənlər də var, amma bu halda faizlər çox yüksək olur və borc da getdikcə böyüyür”.

Sosioloq vurğulayıb ki, Bakı şəhərində, məsələn, nağd pul verən kredit təşkilatları var ki, çox yüksək faizlə borc verirlər:
“İnsanlar bəzən bu borcları götürüb sonra daha böyük faizlərlə ödəmək məcburiyyətində qalırlar. Faizlər borcdan hesablanmır, əlavə faizlər də əlavə edilir, nəticədə borc daha da artır. Beləliklə, bu gün bir çox insanın kreditlə bağlı ciddi problemləri var və vəziyyətin nə qədər ağır olduğu aydın görünür”.

İqtisadçı ekspert Xalid Kərimovun fikrincə isə, kredit insanlar üçün ehtiyaclarını ödəmək imkanı yaradır, amma əlində vəsait olmayanlar üçün banklar bu ehtiyacı qarşılayan əsas qurumlardır:

“Məsələn, 32 yaşında olan bir şəxs ev almaq istəyir və əlində yetərli vəsait yoxdur. Bu halda banklardan kredit alaraq həmin vəsaitlə ev alması mümkündür. Lakin burada bir məsələ də var: kredit yalnız ehtiyacları ödəmək üçün deyil, həm də düzgün qaydada idarə edilməlidir.

Banklar kreditləri yalnız qaytara biləcək şəxslərə verir. Yəni, kredit götürən şəxsə ilkin olaraq onun gəlirlərinə və ödəmə qabiliyyətinə baxılır. Kreditin geri ödənə bilməsi üçün şəxsin məsuliyyətli yanaşması çox vacibdir. Həmçinin kredit götürən şəxslər faizlərin və ödəniş qrafiklərinin nə qədər vacib olduğunu nəzərə almalıdırlar. Bu, həm şəxsi maliyyə planlaması, həm də krediti vaxtında ödəmək üçün lazımdır”.

Ekspert əlavə olaraq qeyd edib ki, bununla yanaşı banklar, 45%-ə qədər xarici valyutada kredit verə bilirlər:

“Lakin xarici valyuta ilə kredit götürmək istəyən şəxslər nəzərə almalıdır ki, sabah bu valyutanın dəyişmə kursu yüksək olarsa, borcun artması riski ilə üzləşə bilərlər. Eyni zamanda, kredit götürən şəxsin gəlirinin sabit və dayanıqlı olması çox önəmlidir.

Kredit götürərkən şəxs öz ehtiyaclarını və maliyyə vəziyyətini yaxşı dəyərləndirməli, borcunu vaxtında ödəmək üçün bütün imkanları nəzərdən keçirməlidir. Yalnız bu zaman kreditin ona gətirəcəyi fayda real olacaq və maliyyə vəziyyətində əlavə problemlər yaranmayacaq”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri