“Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xəttlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb” AÇIQLAMA
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
“Bundan başqa, qış aylarında problemlərdən biri də sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xəttlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Həmin xəttlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir”, - deyə Xidmətdən bildirilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti istehlakçıların diqqətinə çatdırıb ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Həmçinin donvurmadan mühafizə tədbirləri görülməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















