Icma.az
close
up
RU
Vətəndaşlardan parlamentə, deputatlardan hökumətə: “Ədaləti təmin edin”

Vətəndaşlardan parlamentə, deputatlardan hökumətə: “Ədaləti təmin edin”

Icma.az bildirir, Ayna portalına istinadən.

Millət vəkilləri yüzminlərin pozulan hüquqlarının bərpasını vacib hesab edirlər – Haqq sahiblərinin haqlı tələbi

Əllərində vaxtilə dövlətin verdiyi qiymətli kağızları - özəlləşdirmə payları (çeklər) qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar verilməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu və problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər.

Xatırladaq ki, dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər. Çek sahiblərinin deputatlara müraciətində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.

Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər: “Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”.

Çek sahibləri qeyd edirlər ki, son illərdə 40-a qədər deputat, yüzlərlə hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, ümumilikdə müxtəlif sahələr üzrə tanınmış şəxslər xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə, qalib Azərbaycanın qalib lideri, cənab Prezident İlham Əliyevə birbaşa çıxışı olan Milli Məclis üzvləri ölkə rəhbərinə məsələ barədə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib”.

“Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”, - deyə müraciətdə vurğulanır.

Xatırladaq ki, ötən il özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanmışdı. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı müsbət qərar vermədi. Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllinə yardımçı olmalarını xahiş edirlər.

(MÜRACİƏT, BİRİNCİ YAZI, İKİNCİ YAZI, ÜÇÜNCÜ YAZI, DÖRDÜNCÜ YAZI)

AYNA.AZ Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlanmış müraciətə deputatların münasibini öyrənməyə davam edir.

Yeni Azərbaycan Partiyasından (YAP) deputat Səyyad Aran:

“Vaxtilə Ulu Öndər Heydər Əliyevin müvafiq qərarı ilə əhaliyə əvəzsiz olaraq özəlləşdirmə çeklərinin paylanılması böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Bu, əhalinin sosial rifahının yüksəlməsinə hesablanmış addım idi. İnsanlarımız çekləri vasitəsilə özəlləşdirmədə iştirak etməli idilər. Bu prosesdə iştirak edənlər də oldu, yararlana bilməyən vətəndaşlarımız da var. Bilirsiniz, özəlləşdirmə payı qiymətli dövlət kağızıdır və heç bir halda zamanla məhdudlaşdırıla bilməz. Çeklərin üzərində tədavül müddəti əksini tapmayıb. Mən bu barədə məlumatlıyam və hüquqşünasların rəyi də, qanun da deyir ki, bu insanların hüquqları pozulub. Hesab edirəm ki, özəlləşdirmə payı sahiblərinin hüquqlarının bərpası istiqamətində addımlar atılması vacibdir.

Məsələ dərindən araşdırılmalı və vətəndaşların hüquqlarının bərpası istiqamətində qərar verilməlidir. Bu insanlar illərdir ki, aidiyyəti qurumlara müraciət edirlər, problemlərinin həllini istəyirlər. Biz güclü və hüquqi dövlətdə yaşayırıq. İqtisadiyyatımız çiçəklənir, sosial rifah artır. Bu fonda haqqı pozulanların haqları bərpa olunmalıdır ki, narazılıq da aradan qaldırılsın. Lazımi qurumlara sizin vasitənizlə müraciət edirəm ki, məsələyə yenidən baxılsın və qanunun tələb etdiyi formada, ədalətli qərar verilsin”.

YAP-çı deputat Nəsib Məhəməliyev:

“Uzun illərdir həll olunmayan vauçerlər məsələsinə birdəfəlik nöqtə qoyulsa, yaxşı olar. Aidiyyəti orqanlar qərar verməlidir. Bu məsələ ilə bağlı şikayətləri görürəm, illərdir gündəmdə olan problemdir. Bu problemin həlli üçün zəruri addımların atılması, vətəndaşların hüquqları pozulubsa, onun bərpası istiqamətində qərar verilməsi lazımdır. Əlbəttə, vətəndaşın qiymətli kağızına “qiymətsizdir” demək doğru yanaşma ola bilməz. Hesab edirəm ki, qanunun tələbinə əməl olunmalıdır. Qanunun əleyhinə qərarlarla vətəndaşları narazı salmaq doğru deyil.

Əlbəttə, özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu institusional islahatların mahiyyətində dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni mərhələlərə daşımaq var. Şübhəsiz, belə bir şəraitdə özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilməsi, müvafiq qərar verilməsi vacibdir. Məncə, bu məsələyə yekun vurmaq elə də çətin deyil. Aidiyyəti qurumlar hansısa formada məsələyə nöqtə qoya bilər ki, birdəfəlik bu problem həllini tapsın”.

Bitərəf deputat Sahib Alıyev:

“Dövlətin verdiyi vauçerlərdən istifadə edə bilməyən vətəndaşlara bundan yararlanmaq üçün şərait yaradılması mümkündür. Dövlət müstəqilliyinin bərpası vaxtı hamıya özəlləşdirmə çekləri verildi ki, vətəndaşların sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, onlar dövlət əmlakının özəlləşdirilməsində iştirak etsinlər, pay sahibi olsunlar.

Amma məlumdur ki, həmin vaxt bundan istifadə edə bilməyən, səmərəli formada qiymətli kağızından yararlana bilməyən vətəndaşlarımız var. Onlar bir neçə ildir ki, çeklərin yenidən tədavülə qaytarılmasını istəyirlər, hüquqi əsaslar gətirirlər. Gətirdikləri əsaslar da qanuna uyğundur. Zamanında çeklərini satmayan, dövlətin qiymətli kağızının belə qiymətsiz ola bilməyəcəyini düşünən vətəndaşlar indi haqqını tələb edirlərsə, bu müraciətlər dinlənilməli, lazımi, hüquqa uyğun yekun qərar verilməlidir”.

Bitərəf deputat Məzahir Əfəndiyev:

“Çeklərin tədavül müddətinin artırılması, yaxud da, çek sahiblərinə kompensasiya formasında ödənişlər edilməsi mümkündür. Mən deyə bilmərəm ki, məsələ hansı formada həllini tapa bilər. Hansısa komissiya yaradılmalı, məsələ araşdırılmalı və lazımi qiymət verilməlidir. Hər halda aidiyyəti qurumlar problemin həlli istiqamətində addımlar atmalıdır. Düzdür, iddia edilə bilər ki, tədavül müddəti bir neçə dəfə artırılıb, bu mənada vətəndaşların imkanı olub ki, həmin çekləri mübadilə etsinlər. Lakin bir məqam var ki, faktiki olaraq vətəndaşlar bu prosesdə fəal iştirak etməyiblər. Maariflənmə səviyyəsi zamanında aşağı olub, yaxud təbliğat işi yüksək səviyyədə təşkil olunmayıb.

İndiki mərhələdə heç olmasa, çekləri əllərində qalan vətəndaşların haqları naminə addım atılması yaxşı olar. Hesab edirəm ki, bu gün də vauçerləri əlində qalan soydaşlarımızın hüquqları qorunmalı, məsələ ilə bağlı yekun qərar verilmədir. İllərdir haqqını istəyən bu insanların da şikayətinə son qoyular”.

Bitərəf deputat Azər Allahverənov:

“Özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırırlmasına ehtiyac var. Zamanında Ümummilli lider Heydər Əliyevin fərmanı ilə vətəndaşlara əvəzsiz vauçerlərin paylanması onların özəlləşdirmədə iştirakının təmininə hesablanmışdı. Vaxtilə insanlarımızın bir çoxu özəlləşdirmə paylarını satsa da, bundan istifadə etsə də, qiymətli kağızlarını saxlayanlar, ondan lazımi şəkildə faydalana bilməyənlər də var. Hesab edirəm ki, əllərində çekləri qalan vətəndaşların məsələsi həllini tapmalıdır ki, ədalət bərqərar olsun.

Hesab edirəm ki, bu, hüquqi bir məsələdir və hüquqi addımlarla problemin yoluna qoyulması uzun illərdir əllərində çekləri qalmış vətəndaşlarımızın hüquqlarının bərpasını təmin edəcək. Zamanında bu proses tam uğurlu şəkildə aparılmadığı üçün hazırda yüzminlərlə çek hələ də əllərdədir və istifadəyə yararsız halda qalıb. Qiymətli kağız isə qiymətdən düşə bilməz - hansı ki, onu dövlət verib. Aidiyyəti qurumları özəlləşdirmə çekləri məsələsinin həlli istiqamətində addım atmağa çağırıram”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://ayna.az
archiveBu xəbər 25 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see309

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see299

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see225

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see144

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see142

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see137

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see136

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see134

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see133

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see133

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see129

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri