Icma.az
close
up
RU
Vətəndaşları saxta vədlərlə aldatma halları hər keçən gün artmaqdadır QURUM RƏSMİSİ AÇIQLADI

Vətəndaşları saxta vədlərlə aldatma halları hər keçən gün artmaqdadır QURUM RƏSMİSİ AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"İnternetdə, daha konkret olaraq isə sosial mediada vətəndaşları saxta vədlərlə aldatma halları hər keçən gün artmaqdadır. Təhlükəli linklərin geniş şəkildə istifadə edilməsi, qeyri-qanuni məzmunların (content) paylaşılması durmadan çoxalmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Tədqiqat və İnkişaf şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Təbriz Raufoğlu deyib.

Onun sözlərinə görə, belə hallar, yəni vətəndaşları saxta vədlərlə və etibarlarından sui-istifadə edərək aldatmaq, daha konkret onların əmlakını mənimsəmək Azərbaycan Respublikası Cinayət qanunvericiliyi ilə konkret məsuliyyətə səbəb olmaqdadır. Belə ki Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (Dələduzluq) tərkibinin yarandığı açıqdır. Bu mənada, əslində, dələduzluq sadəcə məkanını dəyişdirmişdir. Onsuzda gündəlik həyatda dələduzluq faktları kifayət qədərdir. Sadəcə əməlin törədilməsinin kiberməkana keçidi onun arelını genişləndirməkdədir. Ona görə də kiberməkanda törədilən belə əməllərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kibercinayətlər ilə bağlı fəslindəki tərkiblərin də (Maddə 271, 272, 273) işin konkret hallarının nəzərə alınması ilə tətbiq edilməsi mümkündür. Ancaq internetin gətirdiyi fenomenal dəyişikliklər fonunda belə cinayətkar əməllərin aşkar edilməsi və cəzalandırılmasına münasibətdə daha çətin situasiya yaranmışdır. Ona görə ki, bu tipli əməllər adətən ölkə hüdudlarından kənardan (Daxildən törədilən faktların üstünün hüquq-mühafizə orqanları tərəfindən açılması mütəmadi olaraq təmin edilir) müdaxilələr vasitəsilə həyata keçirilməkdədir.

Baxmayaraq ki, kibercinayətkarlıqla bağlı müxtəlif regional və beynəlxalq əhəmiyyətli müqavilələr mövcuddur, ancaq faktiki olaraq belə əməllərə hüquqi qiymətin verilməsinin hələ də effektiv olduğunu söyləmək çətindir. Odur ki sosial mediada kiberdələduzların bu formada vətəndaşları aldatmasının önünə keçmək üçün hazırda atıla biləcək addım bu sahədə vətəndaşların maarifləndirilməsi, başqa bir sözlə informasiya texnologiyaları sahəsində ilkin bilik və bacarıqların artırılmasını təmin etməkdir. Nəzərə almaq lazımdır ki, internetdə tanımadığınız şəxslər tərəfindən və ya qeyr-müəyyən mənbələrdən paylaşılan məlumatlara etibar etməyin (linklərə daxil olmaq) ciddi riskləri var. Bu cür halların qurbanına çevrilməmək üçün və daha təhlükəsiz internet üçün aşağıdakı addımların atılması mümkündür:

Sosial media hesablarında tanımadığınız şəxslər tərəfindən göndərilən keçidlərə (“link”lərə) daxil olmağın riskləri aşağıdakılardır:

Fişinq hücumları (“Phishing”): Bu keçidlər sizi fərdi məlumatlarınızı (şifrə, bank kartı məlumatları, e-poçt və s.) ələ keçirmək üçün yaradılmış saxta vebsaytlara yönləndirə və sizi kiberdələduzların qurbanına çevirə bilər.

Zərərli proqramların yüklənməsi: Keçidlər vasitəsilə cihazınıza virus, "malware", "spyware" və ya digər zərərli proqramlar yüklənə bilər ki, bunun da nəticəsində, cihazınızın fəaliyyəti pozula, fərdi məlumatlarınız ələ keçirilə və ya maddi zərərlərə məruz qala bilərsiniz.

Hesabların ələ keçirilməsi: Keçiddə yer alan mexanizm vasitəsilə sosial media hesabınızın məlumatları oğurlana və hesabınız kiberdələduzların əlinə keçə və başqa insanları aldatmaq üçün istifadə edilə bilər.

Maddi zərər: Bəzi keçidlər sizi saxta alış-veriş səhifələrinə və ya ödəniş tələb edən xidmətlərə yönləndirə bilər. Nəticədə, maddi zərər çəkə bilərsiniz.

Fərdi məlumatların qanunsuz ələ keçirilməsi: Keçidlər vasitəsilə sizin cihazınızdakı fərdi məlumatlara, fotolara və ya sənədlərə icazəsiz giriş əldə edilə bilər.

Kibercinayətkarların və ya kiberdələduzların şəbəkələrinə cəlb olunma: Keçidlər sizi zərərli şəbəkələrə və ya qanunsuz fəaliyyətlərə cəlb etmək məqsədi daşıya bilər.

Özünüzü qorumaq üçün tövsiyələr:

Naməlum keçidlərə daxil olmayın: Tanımadığınız və ya etibar etmədiyiniz mənbələrdən gələn keçidlərdən uzaq durun.

URL-ləri diqqətlə yoxlayın: Keçidin həqiqi və təhlükəsiz olduğundan əmin olmaq üçün URL-ni diqqətlə yoxlayın.

Antivirus proqramından istifadə edin: Zərərli proqramlardan qorunmaq üçün lisenziyalı antivirus proqramı istifadə edin.

Hesabınızın təhlükəsizliyini gücləndirin: Şifrələrinizi müntəzəm olaraq dəyişdirin və mümkün olduğu halda iki faktorlu autentifikasiyanı (2FA) aktiv edin.

Təhlükəsizlik parametrlərini yoxlayın: Sosial media hesablarınızdakı məxfilik və təhlükəsizlik parametrlərini nəzərdən keçirin və uyğun şəkildə tənzimləyin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri