Icma.az
close
up
RU
Vətəndaşların siyasi aktivliyi...

Vətəndaşların siyasi aktivliyi...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Səmərəli demokratik cəmiyyətin əsasını təşkil edir

Müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən sayılır. Azərbaycanda gedən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi qismində də məhz fəal vətəndaş, hüquqi dövlət anlayışı tandemi dayanır. Ölkəmiz  müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Nəticə etibarı ilə bu gün cəmiyyət özünün davranışlarında bu üstünlüyü ortaya qoymaqdadır - bütün siyasi proseslərdə aktivlik nümayiş olunur, milli maraqların qorunması üçün hərtərəfli dəstək verilir. Təcrübə isə göstərir ki, ictimai fəallığın yüksək səviyyədə olduğu ölkələrdə həm də demokratik təsisatların fəaliyyətinin effektivliyi artır. Vətəndaşların siyasi fəallığının artırılması cəmiyyətin inkişafında mühüm rol oynayır.

Sevindirici haldır ki, bu gün Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti bir-birini tamamlayır. Ölkəmizdə informasiya əldə etmək azadlığı təmin edilir, internet əlçatandır. Şəffaf və elektron fəaliyyət mexanizmi cəmiyyət ilə dövlət arasında əlaqələri daim gücləndirməkdədir.

Yetkin vətəndaş cəmiyyəti olmadan...

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni bildirib ki, fəal vətəndaşlığın inkişafında təhsil əsas rol oynayır. Bundan əlavə, demokratik təsisatların fəaliyyət prinsiplərini və hakimiyyətə təsir mexanizmlərini izah etməyə yönəlmiş maarifləndirici layihələr də vacibdir: “Azərbaycan cəmiyyəti hər zaman milli dövlətçiliyə, müstəqilliyə, suverenliyin qorunmasına sıx bağlı olub. Ekspertlərin fikrincə, bu gün Azərbaycan xalqının qətiyyəti, ölkə rəhbərliyinin milli maraqlara uyğun siyasəti demokratik hüquqi dövlətin qurulmasına səbəb olub. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti bir-birini tamamlayır, bir-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər”.

Müasir texnologiyalar siyasi iştirakçılığı əlçatan edir

R.Zeyninin sözlərinə görə, hazırda ölkə vətəndaşları dövlətin idarə edilməsində, ayrı-ayrı məsələlərin həllinə təşəbbüs göstərməkdə fəaldırlar: “Hesab olunur ki, bu, cəmiyyətin mental dəyərləri, onun tarixi, mədəni keyfiyyətlərinin yüksək olması, bu gün əldə etdiyimiz demokratik, hüquqi, sosial məsələlərin həllini diqqətdə saxlayan bir dövlətimizin olması ilə bağlıdır. O da vacibdir ki, müasir texnologiyalar siyasi iştirakçılığı daha əlçatan edir. Onlayn qaydada olan proseslər vətəndaşların ölkənin idarə olunması prosesinə cəlb olunmasına kömək edir. Sosial media da informasiyanın yayılmasında və fəal əhali qruplarının səfərbər olunmasında mühüm rol oynayır. Dövlət və ictimai təşkilatlar vətəndaşlara siyasi həyatda iştirakın real mexanizmlərini təklif edir. Könüllü proqramlar, ictimai şuralarda iştirak, müstəqil seçki müşahidəçiləri - bütün bunlar insanlara ölkədə gedən proseslərə təsir etmək imkanı verir. Azərbaycanda vətəndaşların sosial, siyasi fəallığının yüksək olmasını seçki proseslərində və digər məsələlərə münasibətdə müşahidə olunur”.

Siyasi fəallıq milli təhlükəsizliyin mühüm elementidir

R.Zeyni qeyd edib ki, siyasi sistem daha şəffaf və cəmiyyət qarşısında hesabatlı olmalıdır: “Dövlət orqanlarının fəaliyyətinin monitorinqində vətəndaşların iştirakı siyasi sistemə inamı artırmağa kömək edir. Bir daha qeyd edək ki, vətəndaşların siyasi fəaliyyəti səmərəli demokratik cəmiyyətin əsasını təşkil edir. Onu davamlı inkişaf etdirmək üçün təhsilin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların inkişafı, siyasi sistemdə çatımazlıqlarla mübarizə və gənclərin təşəbbüslərinin dəstəklənməsi daxil olmaqla kompleks tədbirlər həyata keçirmək daim diqqət mərkəzində yer almalıdır.

Azərbaycanın yanaşması odur ki, milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, demokratik prinsiplərin də inkişafı vacibdir. Ölkəmizdə bu istiqamətdə ciddi işlər görülür. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan zamanın tələblərinə uyğun olaraq müasir texnologiyalardan istifadə, açıq internet şəbəkəsinin formalaşması, söz azadlığı, demokratik prinsiplərin inkişaf etdirilməsi istiqamətində zəruri işlər görür. Azərbaycan dövləti ölkədə sosial və siyasi fəallığın artırılması istiqamətində mühüm addımlar atmaqdadır. Bu da insanların siyasi fəallıq səviyyəsini davamlı şəkildə yüksəldir. Vətəndaşların sosial və siyasi fəallığının artırılmasının digər mühüm əhəmiyyəti dövlətin milli təhlükəsizliyi və özünümüdafiəsi ilə bağlıdır. Cəmiyyətdə insanların sosial və siyasi fəallığı yoxdursa, bu boşluğu zərərli və təhlükəli ünsürlər, radikal qruplar doldurur. Azərbaycanda bu məsələ daim dövlətin xüsusi diqqət mərkəzində yer alır və müvafiq tədbirlər görülür”.

Yeganə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Mart 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri