Icma.az
close
up
RU
Vətənə xəyanət işi: DTX tərəfindən izlənilmək qorxusu...

Vətənə xəyanət işi: DTX tərəfindən izlənilmək qorxusu...

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığı zamanı görüş təyin etdiklərini, amma görüşün səbəbini xatırlamadığını bildirib. Azad Məmmədli Frederik Devosa öz CV-sini göndərib. Frederik isə onu fransız şirkətində işlə təmin edəcəyi vədini verib.

Digər bir yazışmada Martin Rayan Azad Məmmədliyə bildirib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və maus hədiyyə edib. Hədiyyəni təqdim edərkən Loran Lödit qeyd edib ki, səfirlikdə istifadəsiz qalan çoxlu texniki avadanlıq var.

Bu hadisədən sonra Azad Məmmədlidə paranoya yaranıb. O, fransız diplomatların onları dost deyil, mənbə kimi gördüklərini düşünməyə başlayıb. Eyni zamanda, Loran Lödit tərəfindən verilən avadanlıqlarda dinləmə cihazı və ya gizli kamera yerləşdirilə biləcəyini düşünüb. O, Martinə deyib: "Biz digərlərindən fərqliyik. Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumatlıyıq və bu bilikləri təhlil edib başqalarına ötürə bilərik".

Yazışmanın davamında Martin Rayan Azad Məmmədliyə evində izləmə cihazı ola biləcəyindən şübhəli olduğunu bildirib. Eyni zamanda bu məsələnin mütəxəssislə dəqiqləşdirilməsini tövsiyə edib.

A.Məmmədli isə Martinin dediklərinin gizli şəkildə yazılmasının belə onun üçün xəyanət kimi dəyərləndiriləcəyini deyib.

Söhbətin davamında Martin Rayan Azad Məmmədliyə fransız kəşfiyyatçısı Loran Qrardın "Siqnal" adlı yazışma proqramı vasitəsilə Qarabağda keçirilən antiterror əməliyyatı ilə bağlı informasiya əldə etməyə çalışa biləcəyini söyləyib. Lakin bu barədə əmin olmadığını, çünki həmin vaxt artıq “Signal” tətbiqini silmiş olduğunu da əlavə edib.

Digər danışıqlarda təqsirləndirilən şəxslər bir-birinə Azərbaycanın İran və Amerika ilə münasibətləri, USAİD-in bağlanmasının ölkədə doğura biləcəyi nəticələr və DTX tərəfindən izlənilmək qorxusu barədə danışdıqlarını bildiriblər.

Daha sonra prosesdə Azad Məmmədlinin ifadəsi tam məzmunda elan olunub.

Növbəti məhkəmə prosesi oktyabrın 24-nə təyin edilib.

İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri