Icma.az
close
up
RU
Vətəni, İstiqlalı tərənnüm edən şair

Vətəni, İstiqlalı tərənnüm edən şair

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Məmməd Arazın 92 yaşı tamam oldu


Azərbaycançılıq ideyasının təbliği

Vətənpərvər şairimiz Məmməd Arazın Azərbaycana bəxş edildiyi günlərin  içindəyik. 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonu, Nursu kəndində ömrünü Vətəninin tərənnümünə, vətən torpağı üzərində gəzənləri isə həqiqi vətəndaş olmağa səsləməyə həsr edəcək insan dünyaya gəldi. Adını Məmməd qoydular, amma o, qəlbində əbədi Azərbaycan sevgisi yaşadan milyonların Məmməd Arazı oldu. Yaşasaydı, bu gün 92 yaşı tamam olacaqdı. 71 yaşında dünyadan köçdü, “dünya heç kimin”, deyən şair. 71 il ömür sürdü, amma qəlbinin odu, atəşi ilə, yana-yana qələmə aldığı əsərləri qərinələr keçəcək, yenə də Azərbaycan insanının dilindən düşməyəcək. Çünki Məmməd Araz Vətəni təmsil edir. Məmməd Araz Azərbaycan sevgisinin ən bariz örnəyidir. 


Azərbaycan! Mayası nur, qayəsi nur ki

Hər daşında alov dilli ox ola bilər. 

Azərbaycan, deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər!


Bu sətirlərin müəllifini Vətəndən ayrı necə təssəvvür etmək olar axı?!. 

Məmməd Arazın həyat yoluna qısaca nəzər salsaq, görəcəyik ki, sadə həyat tərzi keçirən şair qələmi heç vaxt əlindən yerə qoymayıb. Doğulduğu kənddə orta məktəbə gedib, məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Tələbə ikən qələmə aldığı "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, medal və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Zatən xalqın şairi olan Məmməd Araza 1991-ci ildə rəsmi qaydada Xalq şairi fəxri adı verilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub. 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis edilib. Məmməd Araz 2004-cü ilin 1 dekabrında 71 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. 

Azərbaycan!... Qayalarda bitən bir çiçək...

Azərbaycan, çiçəklərin içində qaya...

Mənim könlüm bu torpağı vəsf edərək,

Azərbaycan dünyasından baxar dünyaya.


Məmməd Araz şeirləri Vətəni sevməyi öyrədir, Vətən uğrunda savaşmağı, onu qorumağı tərənnüm edir. Vətən necə sevilməlidir” sualına ən dəqiq cavab Məmməd Araz şeirlərinin hər bir sətrindədir.

Sən bu yurda söykəlisən, bu yurd sənə,

Keşiyində dursan belə neçə sənə,

Ayaq üstə yatsan belə neçə sənə:

Sən bu yurda söykəlisən, bu yurd sənə!

Son atəş də, son zərbə də səninkidir,

Oğul əsgər, əsgər oğul - mərd igiddir,

Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür - əsgər ölmür.


Mən bilmirəm, hardan boy al, hara dırman,

Mən bilmirəm, göyə ucal, yerə quylan,

Babaların məzarını qoru, qardaş!

Ataların vüqarını qoru, qardaş!

Körpələrin yuxusunu qoru, qardaş!

"Vətən ölməz" duyğusunu qoru, qardaş!

"Hünər ölməz" nidasını qoru, qardaş!

Od yurdunun odasını qoru, qardaş!


Belə anladır Məmməd Araz Vətəni sevməyi. Hər bir gəncə öyrədir Vətəni necə qorumaq gərəkdiyini. Vətən – Azərbaycan Məmməd Araz üçün keçilməz səddir. Hər şeydən, hamıdan, hər kəsdən keçmək olar, Vətəndən əsla! “Səndən qeyri bir hamımız ölə billik! Səndən qeyri biz hər şeyi bölə billik!”,  deyə hayqırır şair. Və bunu hər bir vətəndaşın həyat amalı hesab etməsini istəyir. Çünki Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!. 

Məmməd Arazın 90 illik yubileyi keçirilən zaman Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Milli təfəkkür və tarixi yaddaş şairi Məmməd Araz” mövzusunda elmi konfrnas təşkil olunmuşdu. Konfransda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Məmməd Araz milli müstəqillik uğrunda aparılan mübarizənin önündə gedən, əsərləri ilə ölkəmizdə istiqlal hərəkatına böyük dəstək verən qüdrətli Azərbaycan şairidir. Şairin poeziyası, eyni zamanda ölkəmizdə ötən əsrin 50-60-cı illərində, sovet ideologiyasının öndə olduğu bir dövrdə xalqa, vətəninə, milli ideallara, ölkənin inkişafına, milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə həsr olunmuş bir ədəbiyyat kimi də Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazanıb”. Akademik diqqətə çatdırıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün də öz aktuallığını qoruyub saxlayır, dillər əzbəridir. Məmməd Araz yaradıcılığı milli təfəkkür, milli yaddaş, Vətənə, torpağa bağlılıqla yoğrulub. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. Həmin tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Ramiz Qasımov Məmməd Araz poeziyasını “Azərbaycan ünvanlı poeziya” adlandırıb: “Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Məmməd Arazın yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir. “Ürəyimsiz kəlmə yazan deyiləm”, - deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Akademik Kamal Abdullanın dediyi kimi: “Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız Vətən dayanır”. “Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır”- deyən ədib üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm də o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, - deyə vətəndaşlıq konsepsiyasını irəli sürüb. Buna görə də: Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”, - deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. “Mənim yurdum hardan başlar? - ürəyimin kandarından...” - deyən şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir Dünyadır, Kainatdır”.

Xalq şairinin bu misraları hər birimizin dilinin əzbəri deyil, həm də Vətənini sevən hər bir azərbaycanlının həyat amalı olmalıdır:      


Bu gün gərək

Hər anımız Vətən! – desin!

Qılıncımız, qalxanımız

Vətən! – desin

Ölənlərin əvəzinə

Qalanımız Vətən! – desin.

Vətən! – desin

Qəlbimizin hər duyğusu,

hər vurğusu

Vətən! – desin.

Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız

Vətən! – desin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see461

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see277

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see276

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see265

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see264

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see257

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see247

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see244

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see237

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see236

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see236

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see229

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see222

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see219

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see218

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see217

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see199

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see196

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see192

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri