Icma.az
close
up
RU
Vətənin qəhrəman oğlu

Vətənin qəhrəman oğlu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan qəhrəmanımızdan biri də  Ələsgər Novruzovdur.

Ələsgər 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə. Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968–1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir.

Ələsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır.

Birinci Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.

1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30–40 nəfər igid Xocalı oğlanlarından biri də Ə. Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi.

Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə. Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.

Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə. Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı.

Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.

Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur.

1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücüm edərkən Ə. Novruzov döyüş yoldaşı M. Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə. Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar.

1990-cı ildə İrəvandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə. Novruzov döyüş yoldaşlarından R. Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır.

1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə. Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi–Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir.

25 fevral 1992-ci il tarixində Ə. Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə. Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə. Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə. Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər.

M.MİRZƏ

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see271

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see254

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see242

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see227

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see225

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see221

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see219

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see214

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see212

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see207

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see206

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see203

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see198

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see193

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see190

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see189

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see188

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri