Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupu “Dayanıqlı İnkişaf” siyasətini yenilədi

Veysəloğlu Şirkətlər Qrupu “Dayanıqlı İnkişaf” siyasətini yenilədi

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Veysəloğlu Şirkətlər Qrupu, cari ildən dayanıqlı inkişaf sahəsində fəaliyyətlərini daha əhatəli və ictimaiyyətə əlçatan etmək üçün “Dayanıqlı İnkişaf üzrə Hesabatlılıq” siyasətini yenilədi.

Gununsesi.info xəbər verir ki, bu siyasət, qrupun iqtisadi, sosial və ekoloji sahələrdə həyata keçirdiyi korporativ sosial məsuliyyət (KSM) fəaliyyətlərinin strukturlaşdırılmış və sistemli şəkildə təqdimatını təmin edir. Şirkət, yenilənmiş siyasət çərçivəsində, növbəti ildən etibarən “Dayanıqlı İnkişaf üzrə Hesabatı”nı ictimaiyyətə rəsmi veb saytı vasitəsilə təqdim edəcəyini elan edir.

Bu, maraqlı tərəflərə dayanıqlı inkişaf sahəsində həyata keçirilən tədbirlər və onların nəticələri haqqında məlumatları daha əlçatan edəcək. Şirkətlər Qrupu, həmçinin korporativ sosial məsuliyyət layihələrində əməkdaşlar, müştərilər, tərəfdaş qurumlar və şəxslərin iştirakını təşviq etməklə onların sosial məsuliyyət mövzularında fərqindəliyini artırmağı hədəfləyir. Bu təşəbbüs, birgə icra olunan layihələrin əhatəsini genişləndirmək və tərəfdaşlarla birlikdə cəmiyyətin dayanıqlı inkişaf prinsiplərinə uyğunlaşmasına töhfə vermək məqsədini daşıyır. Siyasət çərçivəsində dayanıqlı inkişaf fəaliyyətləri aşağıdakı beş əsas istiqamət üzrə həyata keçiriləcək:

1.İqtisadi layihələr: kiçik və orta biznesə dəstək, istehsal yerlərinin yaradılması, dağıtım və logistika şəbəkəsinin inkişafı, yerli məhsulların ixracına dəstək, istifadəçilər üçün xüsusi sosial layihələr, iqtisadi əməkdaşlıq layihələri, rəqəmsal transformasiya layihələri, əməkdaşlıq və məşğulluq layihələri, vergi ödənişləri.
2.Təhsil və maarifləndirmə: təhsil təşəbbüsləri, tələbə təqaüdləri və gənclərin inkişafına yönəlmiş proqramlar;
3.Ekologiya və ətraf mühit: karbon izinin azaldılması, təkrar emal və ətraf mühitin mühafizəsi tədbirləri;
4.Milli dəyərlər və mədəni irsin qorunması: mədəni tədbirlərin dəstəklənməsi və milli irsin qorunması;
5.Sağlamlıq və idman: tibbi xidmətlər, sağlamlıq təşəbbüsləri və idman layihələrinin təşkili.

Şirkətlər Qrupu, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə yenilənmiş siyasəti ilə dayanıqlı inkişafa olan töhfələrini artıraraq, tərəfdaşlarının dəstəyi ilə sosial və ekoloji təsirlərini genişləndirməyi hədəfləyir. Bu yanaşma, həm cəmiyyətin rifahına, həm də dayanıqlı inkişaf prinsiplərinə uyğun birgə fəaliyyətlərin genişləndirilməsinə töhfə verəcəkdir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri