Vəzifə səlahiyyətləridən suiistifadə edən məmur həbs edildi
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev həbs edilib.
Milli.Az xəbər verir ki, Hacıyev vəzifə səlahiyyətləridən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.
Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda idi. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.
Hökmə əsasən, R.Hacıyev 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rafiq Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi./"Qafqazinfo"
Milli.Az

Qubada iki fərqli vəzifə daşıyan məmur kimdir?
05 Noyabr 2024 16:52
Prezidentin yüksək vəzifə verdiyi 5 məmur KİMDİR.... FOTO
05 Dekabr 2024 18:36
Elvin Məmmədova yüksək vəzifə həvalə edildi
06 Noyabr 2024 14:12
Bloqerə vəzifə verildi
03 Fevral 2025 14:02
Kennediyə vəzifə verildi
14 Fevral 2025 03:56

