Vəzifəsindən sui istifadə edən jurnalist: Maşına sayrışan işıq quraşdırıb “TikTok”da paylaşdı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtda yol hərəkəti qaydalarını pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-AZ-943 dövlət nömrə nişanlı “Cadillac Escalade” markalı avtomobilin sürücüsü maşının ön şüşəsinə operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Hüseyn Cavid prospektində qeydə alınmış digər görüntüdə isə o, təhlükəsizlik kəmərindən istifadə etməyib və sükan arxasında diqqəti yayındıran hərəkətlər edib.
Qeyd edək ki, qayda pozan sürücü - Sahil İmanov “Marmara” universitetinin jurnalistika fakültəsini bitirib və hal-hazırda Türkiyədə media sahəsində çalışır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Sentyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















