Icma.az
close
up
RU
Vəziyyət KRİTİKLƏŞİR: 10 min Ukrayna əsgəri mühasirəyə düşə bilər

Vəziyyət KRİTİKLƏŞİR: 10 min Ukrayna əsgəri mühasirəyə düşə bilər

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Rusiya qoşunlarının cəbhə xəttini yararaq Kursk vilayətində iki istiqamətdən kritik təchizat xəttinə keçməsindən sonra 10 min Ukrayna əsgəri mühasirə təhlükəsi altındadır.

Turkustan.az azvision.az-a istiandən xəbər verir ki, Rusiya mediasına istinad edən “The Telegraph” agentliyi Rusiya qoşunlarının Kursk vilayətinin Sudja şəhərini operativ mühasirəyə aldıqlarını yazır. Şəhərin tam mühasirəyə alınmasına 6 km-dən az vaxt qaldığı iddia edilir. Məlumatda bildirilir ki, Şimali Koreyadan gətirilən əsgərlərin əhəmiyyətli bir hissəsi bu hücumda iştirak edirlər. Onlar dronlardan istifadə etməklə Ukrayna hərbçilərinin əsas qüvvələrlə əlaqəsini kəsməyə çalışır.

“Ukrayna itki verməmək üçün Kurskdan geri çəkilməyi düşünür. Biz itkilərdən qaçmaq istəyirik. Mühasirəyə düşmək qorxusu realdır, - ukraynalı kiçik çavuş “The Telegraph” nəşrinə deyib.

Ukraynanın “Deep State” layihəsinin xəritəsinə əsasən, Rusiyadakı Ukrayna qüvvələrinin demək olar ki, dörddə üçü tam mühasirə vəziyyətindədir və ikiyə bölünmək təhlükəsi ilə üz-üzədir. Rus qoşunları Kursk vilayətində Staraya, Novaya Soroçina və Nikolayevka kəndlərini ələ keçiriblər.

Sərhəd yaxınlığında qalan qoşunlar uzunluğu bir kilometrə yaxın və eni 500 metrdən az olan dar dəhliz vasitəsilə əsas qüvvələrlə əlaqə saxlayır. Sudjaya gedən yeganə Ukrayna yolu Rusiya PUA-larının zərbələrinin əhatə dairəsindədir.

Maraqlıdır ki, Rusiyanın strateji yolda irəliləməsi ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasından az sonra başlayıb.

“ABŞ-nin müşahidəsinin məhdudlaşdırılması Rusiya qoşunlarına Ukraynanın xəbəri olmadan daha sərbəst fəaliyyət göstərməyə və hücumlar planlaşdırmağa imkan verəcək”, - ekspertlər bildirirlər.

Kiyevdəki hərbi kəşfiyyat zabiti “The Telegraph” nəşrinə açıqlamasında deyib ki, kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaq “müəyyən mənada işığın söndürülməsinə” bərabərdir. Bu baxımdan, kəşfiyyat məlumatlarına çıxışın məhdudlaşdırılması Ukraynanın Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarını proqnozlaşdırmaq qabiliyyətinə də mənfi təsir göstərir.

Qeyd edək ki, Rusiyanın Kursk vilayətində 95-ci Hava Hücum Briqadası, 115-ci Mexanikləşdirilmiş Briqada və 8-ci Əlahiddə Təyinatlı Alay da daxil olmaqla Ukraynanın elit hərbi bölmələri döüşürlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Mart 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri