Icma.az
close
up
RU
VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib

VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 may, AZƏRTAC

Qarabağ Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin müvafiq fakültələrinin birgə təşkilatçılığı ilə “Mədəni irs” mövzusunda keçirilən VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib.

Qarabağ Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən rektor Şahin Bayramov konfransın mövzusunun Qarabağ regionu üçün müstəsna önəm daşıdığını və turizm sahəsində yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsinin, eyni zamanda, bu istiqamətdə nəticəyönümlü tədqiqatların aparılmasının universitetin prioritetləri sırasında olduğunu vurğulayıb. Rektor bildirib ki, uzun illər boyu işğal altında qalmış torpaqlarımız azad olunduqdan sonra bərpa edilən hər bir abidə, dirçəldilən hər bir kənd və şəhər həm də mədəni irsimizin yenidən canlanması və dünyaya tanıdılması prosesinin bir hissəsidir. Ş.Bayramov turizmi bu prosesin lokomotivlərindən biri hesab edərək Qarabağın bənzərsiz təbiətə, zəngin biomüxtəlifliyə malik nadir bir coğrafiya olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Məmmədov çıxışında Azərbaycanın turizm sektorunun davamlı inkişafı və bu sahənin milli iqtisadiyyat üçün strateji əhəmiyyətindən bəhs edib. C.Məmmədov qeyd edib ki, Qarabağ Universitetinin işğaldan azad edilmiş ərazilərin turizm potensialının inkişafı istiqamətində xüsusi rolu var.

Mayın 16-dan 18-dək hibrid formatda keçirilən konfransda Türk dünyasında mədəni irs və turizm, mədəni irsin qorunması və davamlı turizm, mədəni irsin rəqəmsallaşdırılması və virtual turizm, mədəni irs turizmi və iqtisadi təsirlər, Türk dünyasında ortaq qastronomiya irsi mövzularında elmi məruzələr edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri