Icma.az
close
up
RU
Gəncədə V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının açılış mərasimi keçirilib

Gəncədə V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının açılış mərasimi keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə, 20 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Oktyabrın 20–də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Çukurova Universitetinin birgə təşkilatçılığı ilə V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının (I-CRAFT 2025) açılış mərasimi keçirilib. Beynəlxalq konfransın məqsədi kənd təsərrüfatı və qida texnologiyaları sahəsində aparılan elmi tədqiqatların müzakirəsi, innovativ yanaşmaların təşviqi və aqrar elmdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Beynəlxalq konfransda əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək konfrans barədə məlumat verib. O qeyd edib ki, ADAU-nun ev sahibliyi etdiyi bu mötəbər beynəlxalq elmi tədbir aqrar sahədə bilik və təcrübə mübadiləsinin təşkili, innovativ yanaşmaların paylaşılması və gələcək əməkdaşlıq üçün mühüm platformadır. Rektor vurğulayıb ki, I-CRAFT 2025 konfransı yalnız elmi bilik mübadiləsi üçün deyil, həm də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq aqrar sahədə innovativ həllərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq müstəvisidir.

Zəfər Qurbanov çıxışında, həmçinin ADAU-nun son illərdə əldə etdiyi nailiyyətlərdən söz açıb. Bildirib ki, ADAU-nun Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramı artıq regionda uğurlu model kimi tanınır və Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən 5 il müddətinə akkreditasiya olunub. Eyni zamanda, Almaniyanın ASIIN institutu tərəfindən universitetin “Menecment” ixtisaslaşmasının beynəlxalq akkreditasiyası ADAU-nun Avropa təhsil məkanında tanınmasını təsdiqləyir. “Dünya dəyişir, çağırışlar böyüyür, lakin elm və əməkdaşlıq bu çağırışlara cavab verməyin yeganə yoludur. İnanıram ki, I-CRAFT 2025 konfransı yeni ideyaların, ortaq təşəbbüslərin və dayanıqlı həllərin başlanğıc nöqtəsinə çevriləcək. Gəlin, bilik, məsuliyyət və innovasiya ilə birləşərək gələcək nəsillər üçün daha ədalətli, məhsuldar və yaşıl bir dünya quraq,” – deyə rektor çıxışını yekunlaşdırıb.

Sonra ADAU-nun tanıtım videoçarxı nümayiş etdirilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, şəhərin elmi və innovativ tədbirlərin mərkəzinə çevrilməsindən məmnunluq ifadə edib. Bildirib ki, Gəncə Azərbaycanın aqrar potensialının və təhsil mühitinin inkişafında mühüm yer tutur. Belə beynəlxalq konfransların keçirilməsi şəhərin elmi imicini gücləndirir, həmçinin gənc tədqiqatçılara öz potensiallarını nümayiş etdirmək üçün geniş imkanlar yaradır.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxışında qeyd edib ki, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması dövlətin strateji prioritetlərindən biridir. O, bu kimi beynəlxalq elmi konfransların innovativ texnologiyaların istehsalata inteqrasiyasına və kənd təsərrüfatı siyasətinin elmi əsaslarla formalaşdırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədəli çıxışında ölkəmizdə ali təhsil sistemində beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, tədqiqatyönümlü tədrisin inkişafı prioritet istiqamətlərdən biridir və ADAU kimi ixtisaslaşmış ali təhsil müəssisələrinin beynəlxalq tədbirlərdə fəal iştirakı ölkəmizin elmi brendinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında aqrar inkişafın yalnız iqtisadi deyil, həm də sosial sabitlik və məşğulluq baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, kənd yerlərində sosial rifahın artırılması, gənclərin aqrar sahəyə cəlbi və gender bərabərliyinin təmin olunması elmi əsaslı siyasət qərarlarının tətbiqindən asılıdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri və FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhamməd Nasar Hayat çıxış edərək, FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, kənd təsərrüfatında dayanıqlı inkişaf üçün elmi biliklərə əsaslanan siyasət və innovativ texnologiyaların tətbiqi vacibdir. FAO ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq regionda ərzaq təhlükəsizliyinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.

Türkiyənin Ege Universitetinin rektoru Nəcdət Budak çıxışında elmin və innovasiyanın kənd təsərrüfatının modernləşdirilməsində həlledici rol oynadığını qeyd edib. Bildirib ki, Ege Universiteti ilə ADAU arasında mövcud əməkdaşlıq elmi mübadilə və ortaq layihələr vasitəsilə hər iki ölkənin aqrar elminə yeni töhfələr verir.

Çıxışlardan sonra Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Ksaba Quruça və Türkiyənin Çukurova Universitetinin rektoru Hamit Emrah Berişin konfransa videomüraciəti nümayiş olunub.

Daha sonra elmi məruzələr və panel müzakirələr keçirilib, həmçinin iştirakçılar arasında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.

Beynəlxalq konfrans oktyabrın 23-dək davam edəcək. Konfransın ikinci günündə bölmə iclasları keçiriləcək, üçüncü gün isə iştirakçılar Şuşa və Xankəndiyə səfər edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri