Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib

Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və bir sıra qurumların dəstəyi ilə Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova statistikaya əsasən, dünyada hər 31 uşaqdan birinin autizm spektr pozuntusu ilə doğulduğunu bildirib: “Rəqəmlər artmaqda davam edir və bu fakt bir daha göstərir ki, cəmiyyət olaraq məsələyə daha ciddi yanaşmalı, maarifləndirmə işlərini gücləndirməliyik”. O qeyd edib ki, konfransın əsas məqsədi autizm spektr pozuntusu haqqında elmi və praktik bilikləri bölüşmək, yeni yanaşmaları müzakirə etmək və mütəxəssislər arasında əməkdaşlıq platforması yaratmaqdır. Konfrans çərçivəsində keçirilən seminar və təqdimatlar bu sahədə çalışan mütəxəssislər üçün dəyərli təcrübə və məlumat mənbəyidir. “Bu tədbirin hər bir iştirakçı üçün faydalı olacağına və mütəxəssislərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə inanıram. Biz birgə gücümüzlə bu sahədə daha geniş nəticələrə nail olmalı, autizmli fərdlərin cəmiyyətə inteqrasiyasını və rifahını təmin etməliyik”, - deyə A.Eynalova bildirib.

Türkiyəli professor Elif Tekin İftar Azərbaycanda autizm diaqnostikası üzrə peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyinə və təlim-tədris sahəsində bir çox uğurlar əldə olunduğuna diqqət çəkib: ”Konfransın əsas məqsədi yalnız diaqnostika ilə məhdudlaşmır. Əsas diqqətimiz tədqiqatdan təcrübəyə keçidə, praktik biliklərin paylaşılmasına yönəlib. Tədbir çərçivəsində autizm sahəsində fəaliyyət göstərən mütəxəssislər öz tədris təcrübələrini və fikirlərini bölüşəcəklər. Burada həm şifahi təqdimatlar, həm də praktiki məşğələlər təşkil olunacaq. Bu isə iştirakçılara yalnız nəzəri deyil, həm də tətbiq edilə bilən bilik və bacarıqlar qazandıracaq. Qürurla qeyd etmək istəyirəm ki, tədbirə İsveç, Norveç, İrlandiya və Türkiyədən də tanınmış mütəxəssislər qatılıb”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda autizm sahəsində aparılan işlər və bu istiqamətdə əldə olunan nailiyyətlərdən bəhs edib: “Uğurlarımız cəmiyyətimizin həssas mövzulara diqqət yetirdiyini və bu sahədə mühüm irəliləyişlərin əldə olunduğunu göstərir”. O qeyd edib ki, son illərdə autizm spektr pozuntuları ilə bağlı statistik göstəricilər təkcə Azərbaycanı deyil, bütün dünyanı ciddi narahat edir: “Bu artımın səbəbləri və elmi izahları ayrı-ayrı müzakirə mövzusudur. Lakin bizim əsas vəzifəmiz bu məsələnin cəmiyyətdə yaratdığı təsirləri azaltmaq və bu vəziyyətdən əziyyət çəkən insanlara vaxtında və effektiv dəstək göstərməkdir. Konfrans çərçivəsində edilən çıxışlar və təqdimatlar bu sahədə görülən işlərin, əldə olunan uğurların real göstəricisidir. Sağlam cəmiyyətin qurulması üçün, ilk növbədə, dəstəyə ehtiyacı olan insanların yanında olmaq, onlara psixoloji, sosial və praktiki dəstək göstərmək əsas şərtdir”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov autizm spektr pozuntusu ilə yaşayan uşaqlar üçün təhsil və ünsiyyətin əsas açar vasitələr olduğuna diqqət çəkib: “Onların cəmiyyətə uğurlu inteqrasiyasının başlıca yolu məhz erkən müdaxilə, düzgün yönləndirilmiş təlim və dayanıqlı ünsiyyət bacarıqlarının inkişafıdır. Bu uşaqlar bəzi hallarda öz yaşıdlarından daha yaradıcı və fərqli düşüncə tərzinə sahib olurlar. Onların potensialını üzə çıxarmaq və dəstəkləmək bizim əsas məqsədimizdir. Təhsil Nazirliyi olaraq inklüziv təhsilin inkişafı bizim üçün prioritet sahələrdən biridir. Qürurla qeyd edə bilərəm ki, 2024–2025-ci tədris ilində artıq 79 nəfər autizmli uşaq sağlam həmyaşıdları ilə birlikdə ümumi təhsilə cəlb olunub. Bu, inklüziv təhsilin inkişafı istiqamətində atılmış mühüm bir addımdır və biz bu istiqamətdə işlərimizi daha da genişləndirməyə davam edəcəyik”.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, autizm sahəsində ali təhsil müəssisələrinin üzərinə ciddi və məsuliyyətli yük düşür: “Savadlı və ixtisaslı kadrların hazırlanması inklüziv təhsilin keyfiyyətli şəkildə inkişafına birbaşa təsir edən əsas amillərdəndir”. Rektor ali təhsil sisteminin bu məsələdə təkcə elmi bilik verməklə kifayətlənmədiyinə diqqət çəkib: “Biz, eyni zamanda, fərqli fərdlərin cəmiyyətə inteqrasiyası üçün uyğun şərait yaradan mütəxəssislər yetişdirməliyik. Çünki fərqlilik dəyərdir və bu dəyər düzgün yönləndirildikdə böyük nəticələr doğurur. Bakı Slavyan Universitetində də bu istiqamətdə bir sıra uğurlu addımlar atılır. Hazırda universitetimizdə inklüziv təhsil sahəsində müxtəlif yeni layihələr həyata keçirilir. Əsas məqsədimiz peşəkar və dərin ixtisas biliklərinə malik mütəxəssislərin hazırlanmasıdır”.

A.Nağıyev qeyd edib ki, bu kadrlar yalnız Bakıda deyil, ölkənin müxtəlif regionlarında da fəaliyyət göstərməlidir: “İnklüziv təhsildə mütəxəssis çatışmazlığı ilə bağlı bir sıra yeni layihələr mövcuddur.

Əminəm ki, bu tədbir həm təhsil, həm də sosial dəstək sahəsində çalışan hər bir qurum üçün istiqamətverici olacaq. Fərqli fərdləri cəmiyyətə qazandırmaq, onların potensiallarını ortaya çıxarmaq bizim ortaq vəzifəmizdir”.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva qeyd edib ki, autizmli şəxslərin cəmiyyətə effektiv inteqrasiyası, onların keyfiyyətli təhsilə çıxış imkanlarının artırılması, əmək məşğulluğunun təmin edilməsi, həmçinin cəmiyyətin autizm haqqında düzgün məlumatlandırılması diqqət və qayğı tələb edən məsələlərdir. O vurğulayıb ki, “Regional İnkişaf” İctimai Birliyinin 2018-2020-ci illərdə həyata keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi əhəmiyyətli nəticələr əldə edib: “Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında 6 İnklüziv Təhsil Mərkəzi yaradılıb və tam təchiz edilib. Beynəlxalq ekspertlərlə birlikdə İnklüziv Təhsil üzrə Müəllim İnkişafı Proqramları hazırlanıb və onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 400 müəllim-professor heyəti, 2 mindən çox tələbə, 600-dən çox valideyn inklüziv təhsil üzrə məlumatlandırılıb. Eyni zamanda, iki beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilib. Bunlar ali və orta məktəblərə paylanılıb, inklüziv təhsilə dair portal yaradılaraq ictimaiyyətin istifadəsinə verilib”.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri Fidan Fərzəliyeva çıxışında deyib: “Uzun illər ərzində təhsil sistemindəki uyğunsuzluqlar və düzgün yanaşmaların olmaması səbəbindən bəzi uşaqlar, o cümlədən autizm spektr pozuntusu ilə yaşayanlar cəmiyyətdən kənarda qalıblar. Ancaq xoşbəxtlikdən bu gün vəziyyət tamamilə dəyişib. Artıq inklüziv təhsil prinsipləri geniş yayılıb, bu fərqliliklər isə dəyər kimi qəbul olunub”. O qeyd edib ki, inklüziv təhsilə dəstək göstərmək, əslində, gələcəyə dəstək verməkdir: “Bu, cəmiyyətin hər bir üzvünün inkişafını təmin etmək, fərqlilikləri dəyərləndirmək və insan potensialından tam şəkildə istifadə etmək deməkdir. “Azərbaycan Hava Yolları” QSC olaraq biz də sosial məsuliyyət çərçivəsində bu sahəyə diqqət yetirir, autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və məşğulluğu istiqamətində bir sıra addımlar atırıq. Təşkilatda bu problemdən əziyyət çəkən şəxslərin işlə təmin olunması üçün xüsusi proqramlar həyata keçirilir. Biz autizmli insanların əmək bazarına inteqrasiyasını yalnız sosial məsuliyyət deyil, həm də onların unikal bacarıqlarının üzə çıxarılması və bu bacarıqlardan səmərəli istifadə olunması kimi dəyərləndiririk. İnanırıq ki, belə tədbirlər sayəsində daha inklüziv, anlayışlı və ədalətli cəmiyyət qurmağa bir addım daha yaxınlaşırıq”, - deyə F.Fərzəliyeva bildirib.

“Kapital Bank”ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və onların potensialının üzə çıxarılmasında birgə addımlar atmağın vacibliyinə diqqət çəkib: “Autizm fərqlilikdir, qüsur deyil. Bu fərqliliklərin arxasında isə çox zaman güclü intellekt, yaradıcı yanaşma və unikal bacarıqlar gizlənir. Lakin bu bacarıqların parlaması üçün düzgün təlim, dəstək və anlayış vacibdir”.

Daha sonra bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə şirkətxarici kommunikasiyalar rəhbəri Tamam Bayatlı çıxışında inklüziv təhsil sisteminin inkişafı, ixtisaslı mütəxəssislərin hazırlanması və məşğulluq imkanlarının yaradılmasının bu prosesin əsas dayaqları oldğunu deyib. Onun sözlərinə görə, dövlət qurumlarından tutmuş ali təhsil müəssisələrinə, beynəlxalq əməkdaşlıqlardan tutmuş özəl təşkilatlara qədər hər kəs bu yolda məsuliyyət daşıyır.

Açılış mərasiminin bədii hissəsi “Mavi Ürəklər” inklüziv musiqi qrupunun çıxışları ilə yekunlaşıb.

Aprelin 25-dək davam edəcək beynəlxalq konfransda “İnklüziv siniflərdə autizimli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri