Icma.az
close
up
RU
Trampın gizli planı artıq reallığa çevrilir: Putin və Zelenski onun sülh ssenarisi ilə niyə razılaşdılar

Trampın gizli planı artıq reallığa çevrilir: Putin və Zelenski onun sülh ssenarisi ilə niyə razılaşdılar

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəsmi Kiyev də artıq anlayır ki, ABŞ-ın hədəfləri tədricən dəyişir, Ağ Ev üçün indi "hərbi qələbə deyil, siyasi nizamlanma" prioritetdir və bu, Ukraynanın strategiyasına birbaşa təsir göstəcək... Ona görə də, Ukrayna prezidenti Volodimir Zelenski üçün bundan sonra əsas hədəf məhz savaşın mövcud nəticələrini minimum itki ilə siyasi masada balanslaşdırmaq olacaq...

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından dərhal sonra Ağ Evdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşüb. Bu görüş Ukrayna savaşının gələcək inkişaf istiqamətlərini, ABŞ-ın siyasətində mümkün dəyişiklikləri və Qərb-Rusiya münasibətlərinin yeni konturlarını müəyyən edən hadisə kimi diqqət çəkir. Və bu, prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra Ukrayna lideri ilə dördüncü görüşüdür.

Onu da qeyd etmək lazımdır ki, rəsmi açıqlama verilməsə də, diplomatik mənbələrə görə, əsas müzakirə mövzuları təhlükəsizlik əməkdaşlığı, müharibənin gedişi, ABŞ-ın hərbi dəstəyinin növbəti mərhələsi və sülh danışıqlarına mümkün keçid olub. Prezident Donald Tramp açıq şəkildə bildirib ki, Ukraynaya göndərilən silahların böyük bir hissəsi ABŞ-ın öz ordusu üçün də strateji əhəmiyyət daşıyır: “Bu müharibəni bitirmək istəməyimizin səbəblərindən biri də odur ki, Ukraynaya göndərdiyimiz silahlar bizə də lazımdır”.

 

Təbii ki, Ağ Ev sahibinin bu açıqlaması ABŞ-ın Ukrayna siyasətində resurs və prioritet balansına əsaslanan yeni yanaşmanın formalaşdığını göstərir. Böyük ehtimalla Tramp administrasiyası Ukrayna münaqişəsini “idarə olunan sülh” modelinə uyğunlaşdırmaq istəyir. Və bu model ABŞ-ın Asiya, eləcə də, Yaxın Şərq istiqamətlərinə daha çox diqqəti artırmaq planından qaynaqlanır.

Əslində, bütün bunlara paralel olaraq, rəsmi Kiyevin Ağ Evin yeni yanaşma üslubuna verəcəyi reaksiya da böyük önəm daşıyır. Ağ Ev sahibi Donald Trampla görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, hazırkı vəziyyətdə müharibənin dondurulması və sülhə doğru atılacaq addımlar barədə danışıqlar aparmaq olduqca vacibdir: “Biz indi harada dayanmışıqsa, orada dayanmalıyıq. Tramp haqlıdır”.

Maraqlıdır ki, prezident Volodimir Zelenskinin bu bəyanatı Ukraynanın 2022–2024-cü illərdəki “tam qələbə” strategiyasından reallığa əsaslanan kompromis xəttinə keçid etdiyini göstərir. Analitiklərə görə, bu, həm ölkədaxili siyasi risk daşıyır, həm də Ağ Evin yeni mövqeyinə mümkün qədər uyğunlaşma jestidir. Halbuki, CNN-in məlumatına görə, görüş zamanı tərəflər arasında uzaqmənzilli raketlərin tədarükü məsələsində ciddi fikir ayrılığı da yaranıb. Ağ Ev sahibi Donald Tramp prezident Volodimir Zelenskiyə açıq şəkildə bildirib ki, ABŞ hələlik Ukraynaya belə silahların verilməsini planlaşdırmır.

 

Tramp administrasiyasının bu mövqeyi ABŞ-ın Rusiya ilə birbaşa eskalasiyadan yayınmaq strategiyasına əsaslanır. Ona görə də, hər iki lider Ağ Evdə keçirilən görüşü “gərgin, ancaq dürüst müzakirə” kimi xarakterizə edib. Prezident Donald Tramp Ukraynanın pilotsuz uçuş aparatları sahəsində nailiyyətlərini yüksək qiymətləndirərək, “Ukrayna dronları çox yaxşıdır, amma qırıcı təyyarələr hər şeyi dəyişə bilər” deyib. Bu, ABŞ-ın Ukraynanın texnoloji müharibə qabiliyyətinin etirafını göstərsə də, Ağ Evin strateji baxışında hava üstünlüyü və qırıcı təyyarə komponenti hələ də əsas faktor kimi qalır.

Digər tərəfdən, prezident Donald Tramp “Rusiyadan Alyaskaya tunel” layihəsini də “maraqlı ideya” hesab edir. Halbuki, prezident Volodimir Zelenski isə bu fikrə soyuq yanaşaraq, “mən bu ideyaya o qədər də heyran deyiləm” deyib. Qərb ekspertlərinin fikrincə, bu “tunel” ifadəsi prezident Donald Trampın simvolik diplomatik jestidir. Böyük ehtimalla o, Rusiya ilə potensial iqtisadi və kommunikasiya əlaqələrinin bərpası ideyasını gündəmə gətirərək gələcək dialoqa psixoloji zəmin yaradır.

Maraqlıdır ki, Tramp-Zelenski görüşü ərəfəsində diqqətçəkən başqa bir məlumat da yayılmışdı. Belə ki, Ağ Ev sahibi Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında birbaşa dialoq artıq bərpa olunub. Həmçinin Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin beş F-16 qırıcısından ibarət eskadrilyasının Macarıstan paytaxtı Budapeştə qədər onu müşayiət missiyası planlaşdırılır.

Ona görə də, ABŞ və Rusiyanın Türkiyədən ortaq xahişi ilə reallaşdırılacaq bu təhlükəsizlik tədbiri həm də üç istiqamət üzrə ciddi mesaj sayılır. Belə ki, ABŞ və Rusiya arasında praktik təhlükəsizlik əlaqələri yenidən qurulur.Türkiyənin vasitəçi və balans yaradan rolu daha ön plana çıxarılır. Macarıstan yeni “geopolitik körpü” statusu qazanılır. Və beləliklə, ABŞ-Rusiya münasibətləri çərçivəsində Avropa daxilində “Orta Avropa diplomatiyası” kimi yeni bir xətt formalaşır.

 

Qərb ekspertləri hesab edirlər ki, son baş verənlər prezident Donald Trampın “sərt gücdən məhdudlaşdırılmış sülhə” keçid anlayışına əsaslanan xarici siyasət doktrinasının ilkin mərhələsini əks etdirir. Bu doktrina ABŞ-ın resurslarını Ukrayna cəbhəsindən Asiya və Yaxın Şərq istiqamətinə yönəltmək, Avropadakı müttəfiqlərini daha çox məsuliyyət daşımağa məcbur etmək və Rusiya ilə “idarə olunan rəqabət” modelinə keçidi təmin etmək kimi önəmli strateji hədəflərə yönəldilib.

Təbii ki, bütün bunları nəzərə almaq məcburiyyətində olan rəsmi Kiyev də artıq anlayır ki, ABŞ-ın prioritetləri tədricən dəyişir və bu, Ukraynanın strategiyasına birbaşa təsir edəcək. Ona görə də, Ukrayna lideri Volodimir Zelenski üçün bundan sonra əsas vəzifə müharibənin nəticələrini minimum itki ilə siyasi masada idarə etmək olacaq. Çünki Ağ Evin yeni siyasi kursu rəsmi Kiyevə açıq şəkildə məhz "hərbi qələbə deyil, siyasi nizamlanma prioritetdir" mesajını artıq çatdırmış kimi görünür.

Bütün bunlardan belə anlaşılır ki, son Tramp–Zelenski görüşü Ukrayna müharibəsində siyasi-psixoloji və diplomatik dönüş nöqtəsi kimi tarixə düşə bilər. Əgər, bu görüşdən sonra ABŞ və Rusiya arasında Budapeşt və ya Ankara vasitəsilə praktik danışıqlar formatı bərpa olunarsa, bu, “Tramp diplomatiyası”nın ilk real sülh arxitekturası kimi qiymətləndiriləcək. Halbuki, Ukrayna prezidenti Volodimir Zelenski üçün isə Ağ Ev sahibi Donald Trampla bu görüş müharibəni bitirmək deyil, daha çox onu siyasi reallığa çevirmək cəhdi kimi böyük önəm daşıyırdı.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Oktyabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri