Icma.az
close
up
RU
VIII Qurultay: yeni çağırışlar və gələcəyə baxış

VIII Qurultay: yeni çağırışlar və gələcəyə baxış

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı partiyanın keçdiyi tarixi yolu, ölkəmizin əldə etdiyi nailiyyətləri, qarşıda dayanan vəzifələri dəyərləndirmək baxımından mühüm siyasi məna daşıyır. VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Bu qurultay həm də yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı bir mərhələnin başlanğıcını ifadə edir.

Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik maraqlarını, milli iradəni və ölkənin gələcəyini əsas siyasi prioritet kimi müəyyənləşdirib. 1992-ci il noyabrın 21-də Azərbaycanın olduqca mürəkkəb ictimai-siyasi vəziyyətində Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə yaradılan partiya xalqın sabitlik, dövlətçilik və milli qurtuluş istəyinin siyasi ifadəsinə çevrildi. Həmin dövrdə ölkə ağır böhranla üz-üzə idi, ərazilərimiz işğal olunur, iqtisadiyyat tənəzzülə uğrayır, dövlət idarəçiliyi zəifləyir, separatçılıq və parçalanma təhlükəsi artırdı. Belə bir şəraitdə xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı təsadüfi deyildi. Azərbaycan cəmiyyəti çıxış yolunu məhz dövlətçilik təcrübəsi, siyasi iradəsi və qətiyyəti ilə seçilən Ulu Öndərin rəhbərliyində görürdü.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin taleyində yeni mərhələ başlandı. Dövlətçiliyin əsasları möhkəmləndirildi, separatçılıq və parçalanma təhlükəsinin qarşısı alındı, iqtisadi böhrandan çıxış üçün fundamental addımlar atıldı. Azərbaycanın beynəlxalq təcriddən çıxması, xarici siyasətdə milli maraqlara əsaslanan mövqenin formalaşdırılması, beynəlxalq təşkilatların ölkəmizin haqlı mövqeyini əks etdirən qərarlar qəbul etməsi, xarici sərmayənin cəlb olunması məhz həmin dövrdə həyata keçirilən ardıcıl siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması isə ölkənin iqtisadi gələcəyinə inamı möhkəmləndirən tarixi addımlardan birinə çevrildi.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Dövlətçilik, müstəqillik, iqtisadi dayanıqlıq, güclü ordu və milli maraqlara əsaslanan xarici siyasət bu xəttin başlıca istiqamətlərini təşkil etdi. Qarşıya qoyulan strateji məqsədlərin mərhələli şəkildə reallaşdırılması nəticəsində Azərbaycan regional və beynəlxalq müstəvidə söz sahibi olan, öz qərarlarını müstəqil qəbul edən dövlətə çevrildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır: “Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”.

2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər bu siyasətin ən mühüm nəticələrindən biri oldu. Azərbaycan uzun illər davam edən işğala hərbi-siyasi yolla son qoyaraq regionda yeni reallıqlar yaratdı. Lakin Zəfərdən sonra da qarşıda mühüm vəzifələr dayanırdı. Ərazi bütövlüyünün tam bərpası istiqamətində siyasi, diplomatik və hərbi fəaliyyət ardıcıl şəkildə davam etdirildi. Nəticədə 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu. Bu baxımdan VIII Qurultay Azərbaycanın dövlətçilik tarixində tamamilə yeni reallığın fonunda keçirilir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən əsas məsələlərdən biri də ideoloji təhlükəsizlikdir. Müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələr, kiberhücumlar və süni intellekt yeni ideoloji risklər meydana çıxarır. Bu şəraitdə cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlığının artırılması, xüsusilə gənc nəslin düzgün və obyektiv məlumatla təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Bunun əsas dayaqları isə təhsil, milli şüur, vətənpərvərlik və dövlətçilik düşüncəsidir. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzərinə xüsusi məsuliyyət düşür. Partiyanın geniş təşkilati imkanları, çoxsaylı üzvləri və cəmiyyətlə sıx əlaqələri milli həqiqətlərin, dövlətçilik dəyərlərinin və Zəfər reallıqlarının ictimaiyyətə düzgün çatdırılması üçün mühüm imkan yaradır. Müasir ideoloji iş formal yanaşmalardan uzaq, çevik, peşəkar və informasiya mühitinin tələblərinə uyğun qurulmalıdır. Çünki bu gün dövlətin informasiya təhlükəsizliyi onun siyasi və fiziki təhlükəsizliyinin ayrılmaz hissəsidir.

Azərbaycanın keçdiyi şərəfli yol göstərir ki, milli iradəyə söykənən, ardıcıl və müstəqil siyasət ən mürəkkəb sınaqları belə nəticəyə çevirməyə qadirdir. Bu gün əldə olunan Zəfər yalnız keçmişin yekunu deyil, həm də gələcəyə daha böyük məsuliyyətlə yanaşmağı tələb edən yeni mərhələnin başlanğıcıdır. VIII Qurultayda səslənən fikirlər də məhz bu həqiqəti təsdiqləyir: dövlətçilik xəttinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin edilməsi və müstəqil siyasətin davam etdirilməsi qarşıdakı dövrün əsas siyasi vəzifələrindəndir.
Mahir Süleymanlı

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri