Icma.az
close
up
RU
VIII Qurultay: Yeni tarixi reallıqlar

VIII Qurultay: Yeni tarixi reallıqlar

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyasının 2026-cı ilin oktyabr ayının 2-də baş tutuan VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi mərhələnin başlanğıcını ifadə edən əlamətdar hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Bu qurultay ölkəmizin müasir siyasi tarixində mühüm dönüş mərhələsinə təsadüf etməsi və Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında dayanan strateji vəzifələri müəyyənləşdirməsi baxımından diqqətəlayiqdir. Qurultayın keçirildiyi dövr Azərbaycan dövlətinin gücünün, milli həmrəyliyin və müstəqil siyasi kursun tarixi nəticələrinin daha aydın şəkildə ortaya çıxdığı bir mərhələdir. Bu qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilir. Məhz bu amil VIII Qurultayın siyasi və tarixi əhəmiyyətini daha da artırır. Çünki uzun illər ərzində Azərbaycan dövlətinin qarşısında dayanan əsas milli hədəflərdən biri ərazi bütövlüyünün bərpası olmuşdur. Bu gün isə Azərbaycan həmin tarixi məqsədə nail olmuş, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu reallıq ölkənin siyasi gündəliyinə də yeni məzmun gətirir. Məhz bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi toplantı olmaqla yanaşı həm də Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin qiymətləndirilməsi və qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır. Qurultay Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlətin daha da gücləndirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və qarşıdakı dövrün əsas vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi məzmun daşıyır. Bu mənada VIII Qurultay həm keçilmiş şanlı yolun siyasi yekunu, həm də Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin mühüm göstəricisidir.Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni mərhələdə qarşıda duran əsas hədəfləri müəyyənləşdirən siyasi platforma kimi diqqəti çəkir. Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətində xalqın sabitlik, güclü dövlətçilik və inkişaf tələbinin ifadəsi kimi yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi, Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi”. Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın şanlı Zəfərindən cəmi bir neçə ay sonra, ölkənin ictimai-siyasi həyatında yeni reallıqların formalaşdığı mühüm tarixi mərhələdə keçirilmişdir. Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında qeyd etdiyi kimi, həmin dövrdə bütün dünya Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən danışırdı. VII Qurultay məhz Zəfərin yaratdığı yeni siyasi və geosiyasi reallıqlar fonunda Partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin Qurultaydan ötən müddət ərzində Azərbaycan Zəfərinin siyasi nəticələrini möhkəmləndirmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni tarixi mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı ölkəmizin son onilliklər ərzində keçdiyi mürəkkəb və şərəfli inkişaf yoluna, əldə olunan tarixi nailiyyətlərə və qarşıda dayanan vəzifələrə geniş baxış ortaya qoydu. Çıxışın əsas qayəsini Azərbaycanın müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlət kimi yeni mərhələyə qədəm qoyması təşkil edir. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi isə yeni mərhələnin mühüm dayaqlarındandır. İnvestisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, enerji potensialından səmərəli istifadə, sənayenin şaxələndirilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi gücünü artıran əsas istiqamətlərdir. Neft və qazla yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkənin istehsal və ixrac imkanlarının genişləndiyini göstərir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı isə Azərbaycanın regional tranzit əhəmiyyətini daha da artırır. Qarabağ və Şərqi Zəngəzurun bərpası yeni mərhələnin ən böyük quruculuq layihəsidir. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Artıq bu ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır, bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindən biri olaraq qalır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi siyasi nəticələrin tarixi kökləri isə partiyanın yarandığı ilk dövrə gedib çıxır. Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının təkidli tələbi və milli dövlətçilik mənafeyinin tarixi zərurəti idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlət institutlarının formalaşdırılmasına, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsinə, milli həmrəyliyin təmin edilməsinə xidmət etdi. Bu siyasi xətt sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirildi və daha da zənginləşdirildi. Qurultayda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın bugünkü Zəfəri təsadüfi hadisə deyil, uzun illər ərzində həyata keçirilmiş ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın qətiyyəti, prinsipiallığı, siyasi iradəsi və xalq-iqtidar birliyi ölkəmizin qarşısında duran ən mürəkkəb məsələlərin həllinə imkan verdi. Azərbaycan xalqının yumruq kimi birləşməsi, milli həmrəyliyin yüksək səviyyəyə çatması və dövlət siyasətinin xalq tərəfindən dəstəklənməsi Zəfərin əsas dayaqlarından biri oldu. Dövlət siyasətinin mühüm istiqamətlərindən biri də sosial rifahın davamlı şəkildə yüksəldilməsidir. Əməkhaqqı və pensiyaların artırılması, sosial müavinətlərin genişləndirilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi inkişafın nəticələrinin cəmiyyətin rifahında əks olunmasına yönəlib. Qarşıdakı mərhələdə də sosial siyasətin davam etdirilməsi əsas hədəflərdəndir. Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın yeni tarixi mərhələsinin əsas istiqamətləri bir daha diqqətə çatdırılıb. Güclü dövlət və təhlükəsizlik, müstəqil xarici siyasət, iqtisadi dayanıqlılıq, milli-mənəvi dəyərlərin qorunması, sosial rifah və Qarabağda Böyük Qayıdış qarşıdakı dövrün başlıca istiqamətlərini təşkil edir.

Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Əldə edilmiş Zəfərin və dövlət suverenliyinin yaratdığı imkanların davamlı inkişafa çevrilməsi, dövlətçiliyin daha da möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi yeni mərhələnin əsas məzmununu təşkil edir. Bu baxımdan VIII Qurultay yalnız partiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi deyil, Azərbaycanın gələcək inkişaf gündəliyinin əsas prioritetlərinin təqdim edilməsi baxımından da əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı çıxışının mahiyyətindən aydın görünür ki, Azərbaycan artıq yalnız keçmiş münaqişənin nəticələrini aradan qaldıran dövlət deyil, yeni geosiyasi və təhlükəsizlik reallıqlarının formalaşmasında fəal iştirak edən ölkədir. Azərbaycanın artan beynəlxalq nüfuzu, güclənən iqtisadi və hərbi potensialı, müstəqil xarici siyasəti və milli həmrəyliyi ölkəmizin gələcək uğurlarının mühüm təminatlarıdır. VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının tarixi missiyasının yeni mərhələsini müəyyənləşdirir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik fəlsəfəsi üzərində formalaşan bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanaraq Azərbaycanı Zəfərə və tam suverenliyə aparıb. Qarşıda isə daha böyük hədəflər dayanır. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, təhlükəsiz və firavan cəmiyyət, sürətlə reallaşan Böyük Qayıdış və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsi həmin hədəflərin başlıca istiqamətləridir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm keçilən şanlı yolun siyasi yekunu, həm də gələcək inkişaf strategiyasının mühüm istiqamətlərini müəyyən edən tarixi hadisədir. Qurultayın ortaya qoyduğu əsas mesaj aydındır: Azərbaycan Zəfərlə kifayətlənmir, Zəfərin yaratdığı imkanları yeni inkişaf mərhələsinə çevirmək əzmindədir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri qarşıda dayanan tarixi vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacaq, Azərbaycanın daha güclü, daha nüfuzlu və daha firavan dövlət kimi inkişafına öz töhfələrini verəcəklər.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Oktyabr 2026 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri