Icma.az
close
up
RU
Viktor Orban AK sədrini sərt tənqid edib

Viktor Orban AK sədrini sərt tənqid edib

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının efirində Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin ünvanına belə ittiham səsləndirib.
“Avropa Komissiyasının sədri Amerika qarşısında səlahiyyətinə aid olmayan öhdəliklər götürüb”, - Viktor Orban Ursula fon der Lyayenin Vaşinqtona verdiyi vədləri şərh edərkən deyib.
Siyasətçi müqavilənin təkcə idxal rüsumlarına yox, həm də Ukraynaya silah tədarükünə, 750 milyard dollar dəyərində Amerika enerji resurslarının alınmasına və ABŞ iqtisadiyyatına 600 milyard dollar həcmində Avropa investisiyalarına dair məxfi bəndə aid olduğuna diqqət çəkib.
- Aİ liderlərindən heç kim, o cümlədən də mən AK sədrinə bizim adımızdan belə sazişlər bağlamağa səlahiyyət verməmişik. Demək istəyirəm ki, ciddi bir problem yaranıb və problem göründüyündən daha dərindir”, - Macarıstanın baş naziri vurğulayıb.
Politico: “Tramp Brüsselə təzyiq göstərib” | VİDEO Onun fikrincə, məsələ təkcə Aİ-nin pis sövdələşmə imzalamasından getmir. Viktor Orban əmindir ki, AK Vaşinqton qarşısında Aİ ölkələrinin yerinə yetirə bilməyəcəyi öhdəliklər götürüb.
- Bir ildən sonra Tramp soruşacaq: “600 milyard dollarlıq investisiyalar hanı, razılaşdığımız silah və enerji alışları hanı?”. Bundan sonra ABŞ Avropa mallarına idxal rüsumlarını yenidən qaldıracaq və biz yenə məğlub olacağıq”, - Macarıstanın baş naziri vurğulayıb.
Xatırladaq ki, iyulun 28-də AK-nin sədri Ursula fon der Lyayenlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Aİ ilə yeni ticarət sazişləri barədə açıqlama verib. İndi ABŞ-nin idxal etdiyi bütün Avropa mallarına 15% rüsum qoyulacaq, Aİ-yə gələn Amerika məhsullarına isə tariflər tətbiq olunmayacaq.
Yüksək vəzifəli ABŞ rəsmisinə istinad edən “Politico” nəşrinin yazdığına görə, bu sövdələşməni əldə etmək üçün Donald Tramp Brüsselə təzyiq göstərib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri