Icma.az
close
up
RU
Vilayəti kimi boşboğazların bəyanatları Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərə bilməz

Vilayəti kimi boşboğazların bəyanatları Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərə bilməz

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İranın ali dini lideri Xamenenin müşaviri Əli Əkbər Vilayətinin Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşü zamanı Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirməsi, əslində, fars-molla rejiminin özünün çürük və xain mahiyyətini göstərir. Utanmadan ölkəmizə böhtan atan, “Azərbaycan İslam dünyasının baxışlarına zidd addımlar atır” deyərək Pakistanla münasibətlərimizi korlamağa çalışan Xameneyinin bu panfarsçı müşaviri Azərbaycana qarşı danışacaq ən sonuncu adamdır. Tipik molla təfəkkürünə malik olan və molla rejiminin ideoloqlarından biri sayılan Əliəkbər Vilayətinin beynəlxalq hüquqdan, beynəlxalq diplomatiyadan xəbəri yoxdur.
Bu baxımdan belə bir cahil adamın beynəlxalq diplomatiya normalarını pozaraq Azərbaycanın xarici siyasətinə qarşı dil uzatması, qərəzli fikirlər səsləndirməsi bir tərəfdən molla rejiminin özünü ifşa edir, digər tərəfdən isə rəsmi Tehranın qalib Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü uğurlu xarici siyasətdən necə dərin narahatlıq hissi keçirdiyini ortaya qoyur. Yaxın Şərqdəki proksi gücləri çökdürülən, Suriyadan qovulan və İsrail ilə 12 günlük müharibədə ağır məğlubiyyətə uğrayan İran İslam Respublikasının regionda nüfuzunu itirməsi fonunda, Azərbaycanın Türkiyə, Pakistan, İsrail və Qərb ölkələri ilə əməkdaşlığı dərinləşdirərək yeni regional aktor kimi mövqelərini möhkəmləndirməsi fars-molla rejimi üçün qəbuledilməz faktordur.
Molla rejimi Azərbaycanın regionda müstəqil siyasət aparması ilə heç cürə barışa bilmir. Çünki İran regionda təklənir, oyundankənar vəziyətə düşür. İran Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir göstərmək imkanlarını sürətlə itirir. Hətta Xameneinin "qırmızı xətt" elan etdiyi Zəngəzur dəhlizinin açılması məsələsində də İranın mövqeyi artıq heç kim üçün önəmli deyil. Azərbaycanın uğurlu xarici siyasəti İranın bu proseslərə təsir imkanlarını minimallaşdırıb. Bütün bünlar şübhəsiz ki, getdikcə iflasa uğrayan molla rejimini ciddi şəkildə narahat edir. Mollalar Azərbaycanın müstəqil xarici siyasətini sabotaj etmək üçün Əliəkbər Vilayəti kimi tükənmiş fiquru irəli verirlər. Ancaq Vilayəti kimi boşboğazların bəyanatları Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərə bilməz.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri