Vilyam Hacıyevin lüks avtomobillərinin hərrac tarixi bilindi
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin müsadirə olunmuş daha iki avtomobili yenidən satışa çıxarılır.
Demokrat.az xəbər verir ki, avtomobillər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 11-də keçiriləcək hərracda satışa təqdim olunacaq.
Söhbət Vilyam Hacıyevə məxsus olduğu bildirilən "Land Rover Range Rover" və "BMW 740i" markalı minik avtomobillərindən gedir.
Hərrac elanına əsasən, "Land Rover Range Rover" markalı avtomobilin start qiyməti 42 min manat, beh məbləği isə 4 200 manat müəyyən edilib. Avtomobil alıcı tapılmadığı üçün artıq 4-cü dəfə 25 faiz endirimli qiymətlə hərraca çıxarılır.
Digər nəqliyyat vasitəsi - "BMW 740i" markalı avtomobil isə 17 250 manat start qiyməti ilə satışa çıxarılacaq. Bu avtomobil üçün beh məbləği 1 725 manat təşkil edir. Sözügedən avtomobil də 4-cü dəfə 25 faiz endirimli qiymətlə hərraca təqdim olunur.
Qeyd edək ki, bundan əvvəl Vilyam Hacıyevin müsadirə edilmiş digər avtomobillərinin satışa çıxarılması barədə məlumat verilmişdi. Hərraclarda yalnız "Bentley Continental GT" markalı avtomobil satılıb. (Oxu.az)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Vilyam Hacıyevin ailəsinə məxsus maşınlar hərraca çıxarılıb
18 May 2026 10:42
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar “Su qiymətinə”
18 May 2026 09:40
Vilyam Hacıyevin hərracda satılan maşınlarını oğlu alıbmış
10 Sentyabr 2026 12:32
Vilyam Hacıyevin müsadirə olunan avtomobillərini oğlu aldı
10 Sentyabr 2026 12:52
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satışda 350 minlik mənzil…
22 Yanvar 2026 09:54
Baxış sayı:216
Bu xəbər 23 May 2026 18:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları