Vilyam Hacıyevin müsadirə edilmiş müsadirə edilmiş maşınlarını hərracda oğlu alıb
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Korrupsiya və rüşvətxorluqda təqsirkar bilinərək 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevlə bağlı yeni məlumat yayılıb. Daha doğrusu sabiq icra hakimiyyəti başçısının dövlət tərəfindən müsadirə edilmiş mülkləri və şəxsi avtomobillərinin dövlət tərəfindən keçirilən hərracda elə Hacıyevin öz ailə üzvlərinin aldığı məlum olub.
Newscenter.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib. O bildirib ki, keçirilən hərraclarda Vilyam Hacıyevin şəxsi avtomobillərini onun oğlu alıb. Oğul Hacıyev hərraca çıxarılan “Range Rover” və “BMW 740İ” markalı avtomobillər üçün cəmi 53500 manat ödəyib.
Qeyd edək ki, Vilyam Hacıyev korrupsiya ittihamları ilə həbs olunanda, qanuna görə əmlakı da müsadirə olunmuşdu. Sonradan məhkəmə qərarı ilə dövlətə dəymiş ziyanı ödəmək üçün Vilyam Hacıyevin əmlakının bir hissəsi, o cümlədən, bir neçə avtomobili hərraca çıxarılıb.
Anar
Bu mövzuda digər xəbərlər:Vilyam Hacıyevin hərracda satılan maşınlarını oğlu alıbmış
10 Sentyabr 2026 12:32
Vilyam Hacıyevin müsadirə olunan avtomobillərini oğlu aldı
10 Sentyabr 2026 12:52
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi Siyahı
13 Mart 2026 12:08
İlqar Hacıyevin milyonluq əmlakları müsadirə edildi SİYAHI
13 Mart 2026 14:54
Vilyam Hacıyevin oğlu maşınlar üçün bu qədər pul ödəyib
11 Sentyabr 2026 12:55
Baxış sayı:118
Bu xəbər 11 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















