Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi “Belə atmosfer görməmişdim”
Icma.az bildirir, Apasport portalına istinadən.
“Beşiktaş” yüksək səviyyəli klubdur. Burada mükəmməl məşq bazası və inanılmaz atmosfer var”.
Apasport.az xəbər verir ki, bunu İstanbul təmsilçisinin baş məşqçisi Vinçentso İtalyano “La Gazzetta dello Sport”a açıqlamasında deyib.
İtaliyalı mütəxəssis azarkeşlərin dəstəyindən xüsusi danışıb:
“Azarkeşlər matçın ilk dəqiqəsindən komandaya təkan verirlər. Daha əvvəl belə çılğın mühiti nə görmüşdüm, nə də yaşamışdım”.
İtalyano “Fiorentina” və “Bolonya”dakı fəaliyyətinin karyerasında mühüm rol oynadığını bildirib:
“Fiorentina” və “Bolonya” mənə özümü göstərmək imkanı verdi. Bunun sayəsində “Beşiktaş” kimi böyük klubdan təklif almaq şansı qazandım”.
Qeyd edək ki, Vinçentso İtalyanonun “Beşiktaş”ı bu gün saat 21:00-da Danimarkada “Midtyulland”la üz-üzə gələcək.
AL: "Beşiktaş" "Midtyulland"la üz-üzə - YENİLƏNİR İnfantinodan tənqidlərə cavab: “Bu, öhdəlik deyil, imkandır” AL: “Qarabağ” Bolqarıstan səfərində – YENİLƏNİR “Fənər” III təsnifatda bu komanda ilə qarşılaşacaq ÇL: "Fənərbaxça" növbəti mərhələdə - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 30 İyul 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















