Vinisius kluba şərik oldu
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bazar ertəsi Portuqaliyanın ikinci liqasında mübarizə aparan “Alverca” futbol klubunun səhmlərinin satıldığı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, iş adamı Rikardo Visintin səhmlərini İspaniya və Braziliyadan olan bir qrup investora satıb. “A Bola”nın xəbərinə görə, qrupa “Real Madrid”in hücumçusu Vinisius Junior da daxildir.
Mənbə qeyd edib ki, sövdələşmənin dəyəri 10 milyon avro civarında ola bilər.
Vinisius Junior və digər “Real” oyunçuları hazırda Çempionlar Liqasında “Mançester Siti” ilə cavab oyununa hazırlaşır.
Vinisius bu mövsüm 31 matçda meydana çıxıb, 16 qol vurub və komanda yoldaşlarına 12 qol ötürməsi edib.
Baxış sayı:90
Bu xəbər 17 Fevral 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















