Vinisius ultimatum verməyib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisiusun Florentino Peresə guya Xabi Alonso ilə bağlı ultimatum verdiyi barədə yayılan məlumatların əsassız olduğu açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu haqda məşhur insayder Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, futbolçu yalnız əsas heyətdə qalmaq və karyerasını “Real Madrid”də davam etdirmək istəyini bildirib, ultimatum məsələsi isə reallıqdan uzaqdır.
Romano, həmçinin vurğulayıb ki, yeni müqavilə ilə bağlı danışıqlar nə dayandırılıb, nə də pozulub. Tərəflər sadəcə prosesi daha uyğun zamana təxirə salıblar və müzakirələr təkcə maliyyə mövzuları ilə məhdudlaşmır, idmanla bağlı şərtlər də nəzərdən keçirilir.
Baxış sayı:49
Bu xəbər 07 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















