Virciniya ştatında MKİ binası polislər tərəfindən mühasirəyə alınıb
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Virciniya ştatının Langley şəhərində onlarla polis əməkdaşı MKİ qərargahının yaxınlığında naməlum silahlı şəxsin olması səbəbindən binanı mühasirəyə alıb.
Bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hadisə şahidləri əvvəlcə atışma olduğunu bildirsələr də, sonradan hüquq-mühafizə orqanları bu məlumatı təkzib edərək, atəş açılmadığını və insident zamanı xəsarət alan olmadığını bildiriblər.
Qərargahın girişinin polis, hərbçilər və yanğınsöndürən maşınlar tərəfindən bağlandığı, bununla əlaqədar sakinlərə yolun bağlanacağı ilə bağlı xəbərdarlıq edildiyi bildirilir.
Mövsüm
Aznews.az

ABŞ ın 27 ştatında qızılcaya yoluxma halları qeydə alınıb...
21 Aprel 2025 23:06
Virciniya Azərbaycan Evi qəbul elan edir
13 Fevral 2025 20:07
Virciniya Giuffreavtomobil qəzasından sonra xəstəxanada olduğunu deyib
01 Aprel 2025 10:11
Virciniya Giuffrenin ailəsi son mesajını paylaşdı FOTOLAR
30 Aprel 2025 23:25
NyuYork ştatında pilotsuz uçuşlar məhdudlaşdırılacaq
20 Dekabr 2024 12:24

