Icma.az
close
up
RU
Virtual autizm yayılır Körpələri telefon və televizordan uzaq tutun

Virtual autizm yayılır Körpələri telefon və televizordan uzaq tutun

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Artıq Avropa və Amerikada aparılan tədqiqatlar müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromunun səbəbinin planşetlər, televizor və telefon olduğunu təsdiqləyir.

Rusiyanın məşhur pediatrı Komarovskiy öz bloqunda valideynlərə çağırış edib.

" 2 yaşına kimi uşaqları gacetlərdən, telefon və planşetdən uzaq tutun”.

3-6 yaşlı uşaqların isə virtual reallıqda olma müddəti gündə 1-2 saatdan artıq olmamalıdır. Yalnız 6 yaşından sonra uşaqlara elektron cihazlarda proqramlara baxmaq icazə verilə bilər.

Medicina.az xəbər verir ki, Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki, 90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.

0-2 yaş arası körpələrin elektron gadjetlərə baxçası onların beyninə və psixikasına dağıdıcı təsir göstərir.  Psixoloq Marius Zamfir öz araşdırması barədə danışarkən bunları qeyd edib:

"Gündə 4-5 saat ekran qarşısında əyləşdirilən körpələrdə psixomotor və danışıq funksiyasında tormozlanma və geriləmə müşahidə olunub. Ekran qarşısında keçirilən hər artıq saat ciddi əqli geriləmə və autizmə bir addım yaxınlaşmaq deməkdir.  Klassik autizmlə virtual autizmi fərqləndirmək çətindir: hər ikisində uşağın ətrafa uyuşması çətinləşir, bir yerə baxma, eyni sözləri təkrarlama, oynadığl oyun və baxdığı cizgi filmlərinin personajlarının sözlərini, hərəkətlərini təkrarlama olur. Bİrcə fərq var: klassik autizmdə bioloji nevroloji geridə qalma faktı var, digərində virtual reallıqdan qaynaqlanan neyroinkişafın geriləməsi baş verir. Bioloji pozuntuda sinapslar demək olar bərpa olunmur, virtual autizmdə uşağı vaxtında virtuallıqdan ayırıb, neyronları stimulyasiya etməklə bərpa etmək şansı var.

Təbiətin qanununa görə, uşaq sözlərin mənasını predmetlər, insanların hərəkəltəri, sözləri, izahı ilə öyrənir. Hərəkətləri isə canlı insanın nümunəsində görüb götürməlidir. Uşağın beyni predmet və insan toxunuşu olmadan düzgün inkişaf edə bilməz. Ekrandakı işıq və görüntü, səs uşağın diqqətini çəkə bilər, amma onun beyninə düzgün təsir etmir. Ekranda baş verənlər uşağı o qədər özünə çəkir ki, o artıq ətrafda baş verənlərə qarşı diqqət yetirmir. Axı ekranda hər şey daha cəlbedici, səs-küylü, rəngli və sürətlidir. Kadrların sürətlə dəyişməsi uşaqda neqativ və ağrılı emosiyalar yaradır, onu aqressivləşdirir, idarəolunmaz həddə kimi gətirir. Ona görə 0-2 yaşına kimi körpələri tamamilə  elektron texnikadan, gadjetlərdən uzaq tutub, onları təbiət, ailə, insanlar və reallıqla təmasda böyütmək lazımdır.

Virtual autizmin yayılmasının qarşısını almaq üçün ailələr övladlarını televizor və telefondan uzaq tutmalıdır. Əks halda 10 ildən sonra hər ailədə autist uşaq böyüyəcək.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri