Icma.az
close
up
RU
Virtual xuliqanlıq bahalaşacaq Bəs nəticə olacaq?

Virtual xuliqanlıq bahalaşacaq Bəs nəticə olacaq?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial platformalarda hər dəqiqə kimsə böhtan və təhdidlərin qurbanına çevrilir. Mənəviyyata, əxlaqa zidd videolar yayılır, çağırışlar edilir. Sosial şəbəkələr bəzi adamların təhqir və söyüşlərini ünvana çatdırmaq üçün münbit tribunaya çevrilib. Bunun qarşısını almağa kömək edəcək optimal mexanizm illərdir ki axtarılır. Təəssüf ki, hər dəfə gündəmə gələn bu aktual məsələ az sonra heç nə olmamış kimi unudulur.

Bu günlərdə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq” maddəsinə yeni hissələrin əlavə olunması ilə bağlı səslənən təkliflər isə problemi yenidən gündəmə gətirib. Təklifə görə, sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər reallaşarsa, söyüş, təhqir, kobud jestlər, bədən hissələrinin əxlaqa zidd formada nümayişi və s kimi hallara görə 500 -1000 manat aralığında cərimə və ya 30 günədək inzibati həbs həyata keçiriləcək. "Xırda xuliqanlıq” kateqoriyasına aid ediləcək xoşagəlməz, lakin etik sərhədləri pozan hallara görə 50–100 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq olunacaq.

Bəs yeni qaydalar qüvvəyə mindikdən sonra sosial şəbəkələrdəki mövcud mənzərə dəyişəcəkmi?

"Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, Azərbaycan qanunvericiliyinin mövcud variantlarında sosial şəbəkələrdə etik norma və mənəvi-mədəni dəyərlərə zidd olan paylaşımlar üzrə məsuliyyəti müəyyən edən maddələr pərakəndə haldadır. Məsələn, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-cü maddəsi qanunlarla məhdudlaşdırlan məlumatların onlayn informasiya resurslarında yerləşdirilməsini qadağan edir:

"Bu müddəanın tam olaraq açılması üçün digər qanunlara müraciət etmək lazım gəlir. Yəni, bu maddənin işləməsi üçün əvvəlcə digər qanunları nəzərdən keçirmək, hansı məlumatların yayımının qanunla məhdudlaşdırıldığını bilmək lazımdır. Sosial şəbəkə istifadəçiləri isə bu cür araşdırmanı və məntiqi uzlaşdırmanı heç vaxt etmirlər. Nəticə olaraq, öz paylaşımlarında çoxsaylı qanun pozuntularına yol verirlər”. M.Ələsgərli bildirir ki, Milli Məclisdə indi irəli sürülən təkliflər internet informasiya resurslarında "ictimai mənəviyyata, milli-mənəvi dəyərlərə zidd”, "cəmiyyətə açıqca hörmətsizlik” ehtiva edən paylaşımların hansı hüquqi məsuliyyət yaratdığı barədə təsəvvürləri konkretləşdirir: "İndi hər kəsə aydın olacaq ki, bu cür pozuntulara yol vermək inzibati xətaya çevrilir, hüquqi məsuliyyət yaradır”. İB sədrinin sözlərinə görə, təkliflər cinayət məsuliyyəti yaratmayan, yəni zor, fiziki təzyiq və ya mülkiyyətə ziyanla müşayiət edilməyən, inzibati tənbeh tələb edən halları nəzərdə tutur: "Bu təşəbbüs interneti "boz zona” hesab edən, etik və mənəvi normaları pozanları məsuliyyətli davranışa sövq etməyə yönəlib”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik zəruridir, amma problemi təkbaşına həll etməyəcək. Belə ki, təhqir və söyüşlərlə mübarizə üçün həm hüquqi tərkib, həm sübut mexanizmləri, həm platforma məsuliyyəti sistemi yenilənməlidir: "Cəzanı sərtləşdirməklə məsələ bitmir. Yalnız kompleks model tətbiq olunarsa, real dəyişikliklər baş verə bilər”. Ə.Nuriyevin fikrincə, ümumiyyətlə, sosial şəbəkələrdə yazılan təhqirlər, xuliqanlıq, şantaj, şəxsi həyata müdaxilə və s. kateqoriyaların dəqiqləşdirilməsi hüquqi baxımdan çətin olur: "Şəxsi müəyyənləşdirmək prosesi çətindir. Digər tərəfdən, xarici platformalardan məlumat almaq bəzən vaxt aparır və nəticə vermir. Çox vaxt müraciət edəndə cavab vermirlər. Çünki əks halda həmin platformalara maraq və onların müştəriləri azala bilər”. Ekspert hesab edir ki, bizdə sübutların rəqəmsal formatda toplanması və prosessual formada uyğunlaşdırılması tam formalaşmadığı, həmçinin sosial platformaların məsuliyyət modelinin olmadığı üçün bu cür halların yayılması artır: "Bir çox ölkə platforma məsuliyyət modelinə keçib. Yəni şikayətin götürülməsi, təhqir və zorakılıq hallarının silinməsi, istifadəçinin bloklanması platforma üzərinə öhdəlik kimi qoyulub. Azərbaycanda belə mexanizmin hüquqi bazası hələ formalaşmayıb. Nəticədə sosial şəbəkə operatorlarına müdaxilə imkanları qeyri müəyyəndir”.

Ekspertin fikrincə, cəza mexanizmi olsa da, qabaqlayıcı mexanizm yoxdur: "İnzibati məsuliyyət nəticəyə yönəlib. Həm monitorinq, həm rəqəmsal savadlılıq, həm sosial media etikası üzrə maarifləndirici komponentlər yetərincə institutsionallaşmayıb. Hüquqi məsuliyyət və ictimai zərər haqqında ictimaiyyətin məlumat səviyyəsi aşağıdır: "Məcəlləyə dəyişiklik edilərsə, bu, vəziyyəti qismən dəyişər. Ancaq rəqəmsal mədəniyyət formalaşmasa, sosial şəbəkə platformalarla əməkdaşlıq instisuonal səviyyədə qurulmasa, blokların toplanma mexanizmi təkmilləşməsə inzibati cəza təkbaşına problemin həllini təmin etməyəcək”.

Hüquqşünas Ruslan Vəliyev bildirir ki, qanunvericiliyə təklif edilən dəyişikliyin necə nəticə verəcəyini qabaqcadan demək çətindir: "Bizim təhsil aldığımız dövrdə professorlar Roma hüququ haqqında danışanda deyirdilər ki, ən çox oğurluq halları məhz insanların oğurluğa görə edam olunanlara tamaşa etməyə gəldiyi vaxt baş verirmiş. Bu onu göstərir ki, cəza hər zaman labüd olmaya bilər. Hüquqşünaslar, hakimlər də həmişə "cəza sərt olanda nəticəsi olurmu?” deyə düşünürlər. Bizim qanunvericilikdə söyüş və təhqirlərin, başqalarına şər və böhtan atılması xarakterli məlumatların yayılması qadağandır. Bu qadağa "KİV haqqında” qanunda da yer alıb. Sadəcə, qanunvericilikdə olan maddələr konkret olmadığı üçün işlək deyil. İndi isə qanunvericilik konkretlşdirməyə çalşır ki, hansı növ məlumatların dərc edilməsi qanunsuz sayılmalıdır və buna görə hansı sanksiyalar tətbiq edilə bilər. Məsələnin konkretləşməsi gələcəkdə şəxsin bu cür əməllərə görə məsuliyyətə cəlb olunması üçün bir əsas kimi kömək edəcək”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri