Icma.az
close
up
RU
Virusları ən çox ağcaqanadlar yayır İqlim dəyişikliyi təhlükəni artırır

Virusları ən çox ağcaqanadlar yayır İqlim dəyişikliyi təhlükəni artırır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Ağcaqanad sancması anafilaktoid reaksiyalara səbəb ola bilər”

Avropa Səhiyyə rəsmiləri bildiriblər ki, bu yay Qərbi Nil virusu və çikungunya qızdırması kimi ağcaqanadlarla yoluxan xəstəliklərin “rekord epidemiyası” qeydə alınıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə görə, qitədə temperaturun yüksəlməsi  ağcaqanadların çoxalması və virusların yayılması üçün münbit şərait yaradır. Səhiyyə və iqlim ekspertləri də xəbərdarlıq ediblər ki, iqlim dəyişikliyi nəticəsində ağcaqanadlarla yoluxan xəstəliklər Avropada endemik hal ala bilər. Agentliyin məlumatına görə, 2025-ci ildə çikunqunya qızdırmasının 27 epidemiyası qeydə alınıb ki, bu da qitə üçün yeni rekorddur. Qərbi Nil virusuna yoluxmada da 335 hadisə baş verib ki, bu da son üç ilin ən yüksək göstəricisidir. Çikungunya və ya Qərbi Nil virusunun xüsusi müalicəsi yoxdur. Avropa Birliyi Çikungunya qızdırmasına qarşı iki peyvəndi təsdiqləyib, lakin Qərbi Nil virusuna qarşı peyvənd yoxdur.

Xatırladaq ki, adıçəkilən mərkəz ötən il də oxşar bəyanatla çıxış edərək epidemiyanın yayılmasını iqlim dəyişikliyi ilə əlaqələndirmişdi. Qeyd edilmişdi ki, “Dang, çikungunya və “Zika” virusuna yoluxma ilə əlaqəli olan “Aedes albopictus virusu” , Avropada şimala, şərqə və qərbə doğru yayılmaqdadır və hazırda Avropa Birliyinin 13 ölkəsində qeydə alınıb. Adı “sarıhumma”, “dang”, “chikungunya” və “Zika” virusunun vektoru olan Sarı Humma ağcaqanadı (Aedes aegypti) Kiprdə də qeydə alınıb. “Qərbi Nil virusu”nun yayılmasından sorumlu olan Culex pipiens ağcaqanadı Avropa qitəsinə xasdır və Avropa Birliyi ölkələrində mövcuddur. ECDC iqlim dəyişikliyinin bu növ ağcaqanadların çoxalmasına səbəb olduğunu bildirir. Ağcaqanadların çoxalması, yayılması üçün hazırda dünyada, o cümlədən Avropada “münbit şərait formalaşıb. Ətraf mühitin hədsiz çirklənməsi, çirkli su hövzələrinin formalaşması virus daşıyıcısı olan ağcaqanadların çoxalmasını və yayılmasını şərtləndirir. Bu da virus mənşəli xəstəliklərin yayılmasına, yoluxma sayının artmasına səbəb olur. Nəticədə xəstəliklər hətta epidemiya şəklinin alır. Ötən ilin əvvəlindən İspaniyanın Sevilya şəhərində Qərbi Nil virusu infeksiyası yayılıb. İqlim dəyişikliyi virusun yayılma vaxtını da dəyişib. Adətən yay aylarında baş verən bu tip hallara indi ilin başlanğıcından rast gəlinir. ECDC-nin direktoru Andrea Ammon isə bildirib ki, virusun yayılmasına həm də ölkələrarası səyahətlər, mal və məhsulların idxalı da səbəb olur. Yəni virus bu yolla “səyahətə çıxır”, bir ölkədən digərinə keçid edir. Virusun yayılma sürətini azaltmaq üçün yoluxmaların qısa zamanda təsbit edilməsi, yoluxmuş şəxslərin təcrid edilməsi və ciddi müayinə və müalicə əsasdır. 

Qeyd edək ki, ötən il Misir Ərəb Respublikasında 270 nəfərin mənbəsi hələ də tapılmayan naməlum xəstəliyə tutulduğu xəbərləri yayılmışdı. Yoluxma sayındakı artım xəstəliyin Covid-19-un yeni bir variant ola biləcəyi ehtimallarını da artırmışdı. Bəzi mütəxəssislər xəstəliyin Covid-19-un yeni variant ola biləcəyindən ehtiyat edirdisə də, bir başqaları bunun məhz ağcaqanadlar vasitəsilə yayılan “dang humması” xəstəliyi olacağından ehtiyatlanırdı. Misir Səhiyyə və Əhali Nazirliyi Əl-Aleqat kəndindəki xəstələrdə simptomlarının müxtəlif olduğunu açıqlamışdı; vücud ağrıları, 3-5 gün davam edən hərarət, sümük ağrıları, zaman-zaman qaytarma, mədə-bağırsaq pozuntusu. 

Türkiyəli həkim-dermatoloq Zekayi Kutlubay isə ağcaqanad sancmasının təhlükələri barədə danışarkən insanların ehtiyatlı olmasını tövsiyə edib: “Bu mövsümdə şikayətlər daha tez başlayıb. Ağcaqanad sancamısı ciddi fəsadlar törədə bilir. Bəzən hətta anafilaktoid (qeyri-immun mexanizmlərin işə düşməsi – anafilaktik şok) reaksiyalara da səbəb olur. Bu da ən qorxduğumuz reaksiyadır. Nəfəsalma çətinləşir, dil, nəfəs borusu şişir, qan təzyiqi düşür və xəstə bayılır. Buna görə də çox diqqətli olmaq lazımdır”. Z.Kutlubay ağcaqanadların çoxalmasının əsas səbəbləri kimi sanitar-gigiyenik vəziyyətin aşağı səviyyəsi, ətraf mühitdəki natəmizlik, çirkli su hövzələrinin, gölməçələrin olması, nəmişlik, kanalizasiya sularının açıq şəkildə axmasını göstərib: ”Belə şərait ağcaqanadların sürətlə çoxalmasına və epidemiyaların yayılmasına səbəb olur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 02:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri