Vitali Vernidub: “Oyunçu “Neftçi”yə görə incikliyini unutmalıdır”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Neftçi” futbol komandasının məşqçisi Vitali Vernidub Misli Premyerliqasının 29-cu turunda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablandırarkən komandadakı problemlərə və rəqiblə aradakı səviyyə fərqinə toxunub.
İdman.Biz xəbər verir ki, Vernidub məğlubiyyətin səbəbini rəqibin yüksək səviyyəsi ilə əlaqələndirib.
“Qarabağ”la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan deyil, hər gün məşq etmək lazımdır. Futbolçularımız anlamalıdırlar ki, bu cür komandaya qarşı oynamaq üçün sadəcə motivasiya kifayət etmir. Hər bir oyunçu öz ambisiyalarını, incikliyini unudub “Neftçi”nin maraqlarını hər şeydən üstün tutmalıdır”, - deyə mütəxəssis söyləyib.
Məşqçi rəqibin orta xətt oyunçularının keyfiyyətindən də danışıb:
“Pedro Bikalyo, Marko Yankoviç və Joni Montiel kimi oyunçular Çempionlar Liqasında oynayırlar və öz səviyyələrini orada da göstərirlər. Biz bu oyuna hazırlaşmışdıq, onları təhlil etmişdik. Amma taktiki aspektləri daha da yaxşılaşdıra bilərdik. Biz məşqçilər olaraq bu sualı özümüzə verməliyik”.
Musa Qurbanlının çıxışına toxunan mütəxəssis, hücumçunun müdafiəni yarmağı bacardığını etiraf edib:
“Biz hazırlaşmışdıq, amma o, həmin vəziyyətlərdə daha yaxşı oyun göstərdi. Bugünkü hesaba görə azarkeşlərdən üzr istəyirəm. Ümid edirəm ki, dörd gündən sonra bu hal təkrarlanmayacaq. Bunun üçün bəzi dəyişikliklər edəcəyik”.
Vernidub bu məğlubiyyətin psixoloji təsirinin olacağını, lakin peşəkar futbolçuların belə vəziyyətlərdən dirçəlməli olduqlarını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 27 Aprel 2026 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















