Icma.az
close
up
RU
Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı beş məhsul

Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı beş məhsul

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Soyuqdəymə və qrip mövsümü milyonlarla insanın həyat keyfiyyətinə təsir göstərir.

Oxu.Az xəbər verir ki, rusiyalı diyetoloq-qastroenteroloq Nuriya Dianova Gazeta.ru-ya pəhriz əlavələrinə müraciət etmədən qida vasitəsilə immunitet sisteminin dəstəklənməsindən danışıb.

Onun sözlərinə görə vitamin çatışmazlığı ilə mübarizədə ilk məhsul kələm turşusudur:

"Bu məhsul sağlam mikrobiomu dəstəkləyən probiotiklər və prebiotiklərlə, həmçinin həzmi yaxşılaşdıran və immunitet sistemini gücləndirən C vitamini, liflə zəngindir. Fermentasiya prosesi zamanı əlavə vitaminlər üçün dondurulmuş giləmeyvələr də əlavə edə bilərsiniz. Turşu kələmindən müxtəlif şorbalar və ya salatlar hazırlamaq üçün istifadə etmək olar. Qida rasionuna qırmızı bolqar bibəri, təzə göyərti və ya qırmızı soğan da əlavə oluna bilər. Əsas məsələ salata bir xörək qaşığı təmiz bitki yağı əlavə etməkdir. Qırmızı palma yağı immuniteti artırmaq üçün idealdır. Tərkibində yüksək miqdarda karotinoid, E vitamini və digər antioksidantlar var. Cinsinizdən və çəkinizdən asılı olaraq həftədə iki dəfə 150-200 qram turş kələm yeyin", - deyə ekspert izah edib.

İkincisi, treska/mintay qaraciyəridir. Həkimin sözlərinə görə balıq qaraciyəri ürək və beyin sağlamlığı üçün vacib olan A, D və E vitaminlərinin, eləcə də Omeqa-3 yağ turşularının əla mənbəyidir. Bu qida, yağda həll olan vitaminlərin tək bir məhsulda konsentrasiyasıdır. Mintay qaraciyəri isə treska qaraciyərindən az tanınsa da, özündə daha çox protein və daha az yağ ehtiva edir. Həkim məsləhət görür ki, balığı 30-50 qram həcmində səhər yeməyinə həftədə ən azı bir dəfə tam taxıl proteinli çörək, leço və ya digər tərəvəzlərlə qəbul edin.

Üçüncü məhsul qoz-fındıq və toxumlar. Nuriya Dianova bildirir ki, qoz-fındıq və toxumlar zülallar və yağlar, E və B vitaminləri, maqnezium və sink kimi mineralların mənbəyidir. Həkim gün ərzində 20-25 q qoz-fındıq yeməyi məsləhət görür.

Dördüncüsü, dondurulmuş giləmeyvələr və banandır. Giləmeyvələr antioksidantlar və vitaminlərlə zəngindir. Onun sözlərinə görə, giləmeyvələrdən çox vaxt kompot hazırlanır və ona şəkər əlavə edilir. Bu da bu içki evdə hazırlansa belə onun faydasını azaldır.

"Banan yeyərkən qanda qlükozanın daha az qalxması üçün onu 30 qram turş giləmeyvə və 20-25 qram qoz-fındıqla birlikdə qəbul edə bilərsiniz", - deyə həkim qeyd edib.

Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı məhsullardan beşincisi isə təzə göyərtidir.

Həkimin sözlərinə görə, cəfəri, şüyüd və yaşıl soğan A, C və K vitaminləri, fol turşusu ilə zəngindir. Onların tərkibində eyni zamanda çoxlu lif və antioksidant var ki, bu da ümumi sağlamlığa müsbət təsir göstərir və xroniki xəstəliklərin yaranma riskini azaldır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Mart 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri