Icma.az
close
up
RU
Vitrin və kassada qiymət fərqli olanda nə etməliyik?

Vitrin və kassada qiymət fərqli olanda nə etməliyik?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qara Cümə"də tanınmış geyim mağazalarının birində məhsulların vitrin və kassa qiymətlərinin üst-üstə düşməməyi narazalıq yaradıb.

Turkustan.az xəbər verir ki, bu haqda tanınmış bloğer Xatirə Yüzbəyov "İnstagram" hesabında paylaşım edib.

O bildirib ki, tanınmış geyim mağazalarının birində alış-veriş edərkən məhsulların vitrin və kassa qiymətləri bir-birinə uyğun olmayıb:

"Kassada məndən əvvəl bir xanım vardı. Kassir xanıma qiymətin vitrindəki ilə eyni olmadığını, daha baha qiymətə olduğunu dedi. Mən bu haqsızlığa dözə bilmədim. Kassirə bunun haqsızlıq olduğunu dedim, işçi bildirdi ki, səhv olub".

Xatirə Yüzbəyova bu hadisə ilə özünün də rastlaşdığını bildirib:

"Kassaya yaxınlaşmamışdan əvvəl rəfiqəmə eyni halın mənim məhsulum üçün də deyiləcəyini bildirdim. Eynilə, kassaya yaxınlaşan zaman işçi bildirdi ki, vitrindəki qiymət səhvdir, aldığınız paltonun qiyməti 180 yox, 260 manatdır. Bu nə dərəcə ədalətlidir? Bəlkə hər hansı bir alıcı son pulunu verir?"

Qeyd edək ki, bu mağazalarda alıcıların tez-tez rastlaşdığı hallardan biridir.

Maraqlıdır, vitrin qiyməti ilə kassa qiyməti fərqli olduqda nə etmək lazımdır?

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, vitrin və kassa qiymətlərinin üst-üstə düşməməsi, son qiymətin hər zaman yüksək olması ən çox yayılmış istehlakçı problemlərindən biridir:

"Bu problem əsasən ərzaq mallarında mövcud idi. Lakin son vaxtlar sənaye mallarında da bu tip şikayətlər səslənir. Bu süni qiymət artımı birmənalı şəkildə istehlakçı hüququnun pozulmasıdır.

İstehlakçı belə hallarla üzləşdikdə artırılmış qiymətlə kassa çekini götürməli, çekin şəklini çəkməlidir. Daha sonra mağazaya yenidən qayıdaraq malın vitrin qiymətini çəkməlidir.

Bu faktları saxlamalı, yerindəcə həll etmək üçün mağaza müdriyyətini çağırmalı və artıq ödədiyi pulu qaytartmalıdır".

O bildirib ki, istehlakçı fəallıq göstərərək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə toplanmış faktları göndərməlidir:

"Təəssüf ki, adıçəkilən qurumun istehlakçılarla kommunikasiya imkanları çox zəifdir. İstehlakçı qurumun “966” qaynar xəttinə müraciət edərək materialları göndərməli, həmin yerdə yoxlama aparılmasına nail olmalıdır.

Qeyd edim ki, Azərbaycanda satılan sənaye mallarının 90 %-də rəsmi qiymət sənədləri yoxdur. Halbuki Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, malın üzərində maddi məsul şəxsin imzası olan qiymət cədvəlləri olmalıdır. İstehlakçının əvvəlki qiymətlə sonrakı qiyməti müqayisə etmək imkanı olmalıdır.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda göstərilir ki, malın əvvəlki qiymətinə görə alıcı rəsmi sənəd tələb edə bilər və satıcı onu göstərməyə borcludur.

Təəssüf ki, Azərbaycanda istehlakçı hüquqları ciddi şəkildə pozulur deyə, aldadılma halları baş verir. Geniş yayılmış məsələlərdən biri də alıcının almadığı məhsulun kassa çekində əks etdirilməsidir. Ərzaq mağazalarında istehlakçıların almadıqları mallar üçün bir ildə 500 milyon manatadək pul ödəyirlər". /cebheinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri