Viza probleminə görə dünya çempionatını buraxa bilərlər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatının final mərhələsində iştirakının baş tutmaya biləcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RMC Sport” məlumat yayıb.
Bunun səbəbi ABŞ-də viza prosesinin uzanması, heç bir komanda üzvünün giriş icazəsi almamasıdır.
O, mövcud vəziyyətdən narahatlığını bildirib və yaxın günlərdə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb. Danışıqlar zamanı o, viza məsələsinin tezliklə həlli üçün aydın təminat tələb etmək niyyətindədir. Əgər məsələni həll etmək mümkün olmasa, İranın turnirdə iştirakı pozula bilər.
Baxış sayı:145
Bu xəbər 14 May 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















