Vizasız səfərlər ləğv oluna bilər Aİ dən Gürcüstanla bağlı xəbərdarlıq
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Avropa İttifaqı (Aİ) 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirləri müzakirə etməyi planlaşdırır.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifrinqdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib.
Kallas məhdudiyyətlərin Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız səfərlərinə şamil edilməsi ehtimalının olduğu barədə xəbərdarlıq edib.
“Hazırda bütün variantlar nəzərdən keçirilir”, - o deyib.
Avropa Komissiyasının vitse-prezidenti Gürcüstan hakimiyyətini demokratik prinsiplərdən geri çəkilməkdə ittiham edib.
Bundan başqa, Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsinə dair noyabrın 4-də qəbul edilmiş illik hesabatında Gürcüstanla bağlı ayrıca xəbərdarlıq yer alıb. Sənəddə Gürcüstan hakimiyyətinin demokratiyanın vəziyyəti və fundamental hüquqların qorunması ilə bağlı Avropa institutlarının iradlarını aradan qaldırmadığı qeyd olunur.
Hesabatda həmçinin Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı, ölkənin üzvlüyə namizəd statusunun “yalnız formal olaraq” qaldığı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















