“Voice of Kongo”nun nümayəndəsi: Düşünürəm ki, “müstəmləkəçilik” sözünü lüğətimizdən çıxarmağın vaxtı çatıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Burada, Bakıda olmağımın məqsədi Belçika müstəmləkəçiliyinin nəticələrinin aradan qaldırılmasında medianın rolunu müzakirə etməkdir. Keçmişdə müstəmləkəçilər mediaya nəzarəti ələ almışdılar, çünki onun gücünü anlayır və istədikləri kimi yönləndirə bilirdilər. Lakin Bakı Təşəbbüs Qrupunun bu konfransda təşviq etdiyi oyanış bizə nəhayət azad və müstəqil medianı gücləndirməyə imkan verir”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Voice of Kongo” onlayn media qurumunun nümayəndəsi Sedrik Onduye səsləndirib.
Sedrik Onduye əlavə edib: “Biz bu insanlar tərəfindən maliyyələşdirilmədiyimiz üçün bu tədbiri qaçırmaq istəmirik. Media informasiya üzərində hakimiyyətə malikdir. Bakıda təşkil olunan bu tədbir bizə daha çox söz demək imkanı verəcək. Hesab edirəm ki, artıq “müstəmləkəçilik” sözünü xalqımızın lüğətindən çıxarmağın vaxtı çatıb”.
Baxış sayı:25
Bu xəbər 31 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















