Icma.az
close
up
RU
“Voise of Karabakh”la başlayan Avropa səyahəti

“Voise of Karabakh”la başlayan Avropa səyahəti

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrə, Fransa və Almaniya bloknotum -1

İsveçrədən başladıq bu ilki Avropa səyahətimizi. “Türk Hava Yolları” ilə bir dostumun “Avropanın çeçenləri” adlandırdığı isveçrəlilərin ən gözəl şəhərlərindən birinə uçuruq.

Üç saata yaxındır Sürixə uçuş müddəti. Zaman tez keçsin deyə bir film axtarıram baxım. Həyat yoldaşımın tövsiyyəsini dinləyəcəkdim ki, yan tərəfdəki qonşum diqqətimi çəkir. Gənc afro-amerikalı özündən keçmiş halda başını yelləyir, bəlli ki, dinlədiyi musiqi çox xoşuna gəlir.

“Nə dinləyir görəsən” deyib yan baxışla onun monitoruna baxıram. “Voise of Karabakh, Rain Sulatnov”… Necə xoşbəxt olduğumu siz düşünün artıq. Film seyr etməkdən imtina edib mən də istedadlı caz sənətçisi Rain Sultanovun 2023-də çıxartdığı albomunu dinləməyə başlayıram… 15 parçadan ibarət 1 saat 25 dəqiqəlik bir caz şöləni.

Arxaya yastlanıb, gözümü bağladım, 5-ci parçada dikəlib monitora baxdım, “Şuşa” yazırdı. Alim Qasımovun dövrəyə girməsi ilə yenidən gözlərimi yumdum, bilmirəm haralara apardı məni bu parça. Cezv olmuşdum…

Rain Sultanovu ölkəmizdə cazı populyarlaşdıran bir sənətkar kimi tanıyıram. O, "Azərbaycan caz antologiyası" (2004) və "Azərbaycan cazının tarixi" (2015) kimi kitabların müəllifidir. Bəstəkar, ifaçı, təşkilatçı, naşir kimi bu tanınmış cazmenə olan hörmətim daha da artdı.

15 parçanı başdan sona qədər dinlədim, “Şuşa”, “Cəbrayıl” və “Qubadlı” kompozisiyalarına isə bir neçə dəfə qulaq asdım. Rain Sultanovun ona xas sakit, küysüz, şəffaf musiqisi, təmkinli keçidləri, təşvişdən uzaq tərzi məni yenə də ona valeh etdi...

Dünyanın 5 ən yaxşı hava limanından birinə çatanda kefimə deyəcək söz yox idi. Beşcə dəqiqə içində pasport nəzarətindən keçib limandan çıxırıq. Maşına minib pəncərələri aşağı salıram. Günəşlidir, amma Sürixin billur kimi təmiz havasında qar qoxusu var. Meteoroloji sabahdan havanın kəskin dəyişəcəyini proqnoz edir. Qarlı havada sürücülük təcrübəm azdır. Dostlarım rahat ol, burada yollar qar yağmadan təmizlənir deyirdilər.

A3 yolu ilə Sürixdən Rappersvill-Jona istiqamətinə hərəkət edirik. Tanrı bu torpaqlara necə də səxavətli davranıb. Hər şey əsrarəngiz və bihuşedicidir..

İsveçrənin bəxti hər sarıdan gətirib, xüsusilə də qonşuları ilə. Kimin belə qonşuları var düşünür insan – İtaliya, Fransa, Almaniya, Avstriya və Lixtenşteyn. Bir vaxtlar Azərbaycanı İsveçrə ilə müqayisə etməyə təşəbbüs edirdilər. Hələ o zamanlar belə “Bir onların qonşularına baxın, bir də bizim” deyir və əslində bununla da daha önəmli müqayisələrdən qaçırdım.

Sürihdən A3 yolu ilə Aynziedeln (alm. Einsiedeln) istiqamətini tuturuq. Mən maşının ekranından, yoldaşım isə telefondan naviqasiyaya baxırıq dayanmadan.

Cəmi 40 km-dir bu sirli şəhərə. Dağ aşırımları ilə uzanan serpantinlərlə bu məsafəni bir saata ancaq qət edəcəyik. Horgenə çataçatda qar şiddətlənir.

Dəmir yolu keçidində şlaqbaumun açılışını gözləyirik. Sağ tərəfdəki kiçik qəsəbə məktəbindən yanaqları qıpqırmızı uşaqlar tənəffüsdə özlərini ilk qarın içinə atırlar. Qarlar və dağlar ölkəsinin üç-dörd min metr yüksəklikdə yaşayan çocuqları sanki heç qar görməyiblər. Havada qartopları uçuşmağa başlayır. Xoşbəxt dağların xoşbəxt balaları…

Keçid hələ də qapalıdır. “Bu nə marşrutddur tutubsan” deyə həyat yoldaşıma sitəm edirəm (oxu: deyinirəm). “Bir azdan sənə hazırladığım ilk sürprizi görəcəksən”, – sakitcə cavab verir…

(davamı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Noyabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri