Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Rusiyadan miqrantları üzən QƏRAR

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

“QARABAĞ”MI, “KARABAKH”MI?

“QARABAĞ”MI, “KARABAKH”MI?

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İbrahim Nebioğlu

Anar Məmmədxanovla bir söhbətin ardından...

Anar Məmmədxanov İstanbula gəlmişdi.

2007-nin baharı idi.

Zəng elədi ki, gəlim bir az beynim dincəlsin.

Gəldi, üç-dörd gün gözəl zaman keçirdik.

Çempionlar Liqasının 1/8 mərhələsi yaxınlaşırdı.

Axşam yeməklərindən birində final haqqında təxminlər edirdik.

Birdən ciddi görkəm alıb, “Bilirsən, klubun adını nahaq “Qarabağ” yazıblar, gərək “Karabakh” olaydı” dedi.

Etiraz etmək istədim, amma baxdım ki, haqlıdır.

Beynəlxalq tanınma və brendinq baxımından “Karabakh” yazılışı daha məqbul olardı.

Dedim ki, bir gün Qarabağ azad olunacaq, “Qarabağ” da sərhədləri aşıb dünya futbol arenasına çıxacaq…

“Bəs mən də onu deyirəm da, o zaman Avropada çoxları klubun adını tələffüz edə bilməyəcəklər”, – Anar sözümü kəsdi və əsbələşərək əlavə etdi: “Problem ondadır ki, Qarabağ klubunun bizim Qarabağımızla, Azərbaycanla bağlı olduğunu Qərbdə bilməyəcəklər”…

Həqiqətən də, dünyada Qarabağı ərazi olaraq "Karabakh" kimi bilirlər.

“Ancaq “Karabakh” yazılanda da bəzi ölkələrdə klub Azərbaycan komandası kimi yox, “mübahisəli ərazi” klubu kimi təqdim oluna bilərdi”, – “gənc və hazırcavab” dostuma dedim. Və fikrimi də belə izah etdim:

“Avropada “Qarabağ FK”-nın “Karabakh”la eyni şey olduğunu az sayda futbolsevər bilir”.

Anar gülümsədi və rus dilinə keçərək “математик математика издалека видит” (riyaziyyatçı riyaziyyatçını uzaqdan tanıyır) dedi.

İki riyaziyyatçının ortaq məxrəcə gəlməsinə sevinmişdi…

Yadınızdadırmı, klub əvvəllər UEFA və FIFA sənədlərində tez-tez "Karabakh" kimi transliterasiya olunurdu. “Q” hərfi Qərb dillərində çox vaxt işlədilmədiyi üçün xaricdə “Qarabağ” “Karabakh” kimi yazılır və ya tələffüz edilirdi. Bu isə klubun brendinin vahid şəkildə tanınmasına mane olurdu.

Azərbaycan türkcəsində “Qarabağ” kimi yazılmalıdır – düzgün yazılışı məhz elədir.

Yəni “Qarabağ” yazılışı Azərbaycan xalqının mədəni, tarixi irsinin bir hissəsidir.

“Karabakh” yazılışı isə rus və ingilis dillərindəki ənənəvi yazılışdır.

Marketinq və imic məsələsi baxımından isə..

Məsələn, “Qarabağ FK” Avropada sabit brend kimi tanınsaydı, həm futbol azarkeşlərinin, həm də medianın şüurunda Azərbaycanla bağlı assosiasiya daha güclü olur.

Lakin “Karabakh” şəklində yazılış Ana dilimizdə orijinallığın itirilməsi, Azərbaycanla ideoloji və mədəni bağların zəifləməsi kimi də görülə bilər.

Digər tərəfdən “Karabakh” kimi işlədilməsi bəzən erməni tərəfi ilə əlaqəli təsəvvürlərə yol acırdı.

Bu da “Qarabağ Azərbaycanın tərkib hissəsidir” mesajını zəiflədə bilərdi.

Ancaq Qarabağ zəfərindən sonra bu şəkildə interpretasiyalar artıq mümkün deyil.

Çünki bilməyənlər də bilir ki, Qarabağ Azərbaycandır.

Yəni siyasi kontekstdə spekulyasiyalara səbəb verən ərazi mübahisələri də artıq yoxdur.

Nəticə etibarı ilə klub əgər sırf futbol brendi kimi beynəlxalq aləmdə tanınmaq istəsəydi “Karabakh” yazaraq müəyyən üstünlüklər qazana bilərdi (oxunuşun asan olması, tanış görünüş, göz alışqanlığı və s.).

Ancaq milli və ideoloji baxımdan “Qarabağ” yazmaq o dövr üçün siyasi baxımdan vacib idi.

O söhbətdə rebrendinq məsələsi haqda danışıb-danışmadığımı xatırlamıram.

Ancaq yadımdadır ki, 1951-ci ildə Ağdamda yaradılmış futbol klubunun ilk adının “Məhsul” olduğunu xatırlayıb xeyli gülüşmüşdük.

Sonrakı illərdə klub müxtəlif adlarla çıxış edib:

1968–1982 – “Şəfəq”;

1982–1987 – “Kooperator”;

1987-dən etibarən – yenidən “Qarabağ”.

1993-də Ağdam şəhəri erməni işğalına məruz qaldıqdan sonra “Qarabağ” öz doğma stadionunu itirdi və fəaliyyətini Bakıda davam etdirməyə başladı…

İndi Anar həyatda olsa idi əminəm ki, klubun yavaş-yavaş aid olduğu yerə köçməsindən danışar, oyunların isə müvəqqəti olaraq Xankəndində keçirilməsini dəstəkləyərdi…

“Qarabağ” klubunun Çempionlar Liqasına çıxdığı gündə Anar Məmmədxanovu (1970-2011) sevgi və sayğı ilə anmaq istədim…


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see861

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see360

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see313

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see295

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see212

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see204

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see201

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see199

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see195

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see194

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see191

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see187

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see183

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see180

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see177

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see176

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see165

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see163

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see162

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri