Icma.az
close
up
RU
“Voyenkomat”larda baş verən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

“Voyenkomat”larda baş verən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu məqsədlə 2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar, o cümlədən vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.
 

Həmçinin qeyd olunan dövrdə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib, nəticədə faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.


Ümumilikdə, 2026-cı ilin yanvar ayından etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı aparılıb.
Həmin cinayət işlərindən 8 şəxs (7 vəzifəli şəxs və 1 vətəndaş) barəsində 5 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.
Məhkəməyə göndərilmiş işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində əsas qətimkan tədbiri qismində həbs, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və onlardan 1 cinayət işi üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.
 

İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən 1 şəxs hərbi xidmətə yararlı hesab edilib, 2 şəxsə xidmətdən möhlət hüququ verilib, digər 6 şəxs üzrə isə ekspertiza davam etməkdədir.


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, eləcə də respublikanın ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında istintaq olunan cinayət işləri və araşdırılan materiallar üzrə tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilərək sonradan vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalarla qanun pozuntularının törədilməsi faktları müəyyən edilib.
Yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara (o cümlədən SHXÇDX-yə 18, Səhiyyə Nazirliyinə 6, TƏBİB-ə 4, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə 3, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə 1) ümumilikdə 32 təqdimat göndərilib, onlardan 14-ü bilavasitə Xidmətin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələbləri səviyyəsində tərtib olunmasının təmin edilməsini əhatə edib. Görülmüş tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə və 10 vəzifəli şəxsə, habelə 1 fiziki şəxsə xəbərdarlıq edilib, müvafiq kollektivlərdə müzakirələr aparılıb.
Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri