Icma.az
close
up
RU
Vulkan təyyarələrin gecikməsinə səbəb olub

Vulkan təyyarələrin gecikməsinə səbəb olub

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın Siciliya adasındakı aktiv Etna vulkanının kül püskürməsi hava nəqliyyatında gecikmələrə səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, Kataniya Beynəlxalq Vincenzo Bellini Hava Limanını idarə edən SAC şirkətinin səhər saatlarında yaydığı açıqlamada Etnanın davam edən fəaliyyəti və eyni vaxtda atmosferə vulkanik kül atması səbəbindən vulkanın cənub-qərbindəki hava sahəsinin yerli vaxtla saat 15:00-a qədər uçuşlara bağlandığı bildirilib. 

Açıqlamada qeyd olunub ki, hazırda Kataniya hava limanından uçan reyslərə heç bir məhdudiyyət yoxdur, lakin sərnişinlərdən uçuşların vəziyyətini yoxlamadan hava limanına gəlməmələri xahiş olunub. İtaliyanın “Rainews24” kanalının xəbərində Etna dağında bir həftədən artıqdır davam edən sıx vulkanik fəaliyyətlər səbəbiylə xüsusilə dünən hava nəqliyyatının mənfi təsirləndiyi bildirilib. 

Son 24 saatda Kataniya Hava Limanına 32 reysin başqa hava limanlarına yönləndirildiyi, Lufthansa və Easyjet kimi hava yollarının da Kataniyaya uçuşlarının bir qismini ləğv etdiyi bildirilib. Bu arada Etnanın külləri səbəbindən ətrafdakı yaşayış məntəqələrində vulkanik kül yağışlarının yaşanıb. 

Son 8 gün ərzində Etna vulkanında müxtəlif nöqtələrdə lava axını, "Yeni Ağız" və "Cənub-Şərq" kraterlərində kül və lava püskürməsi kimi müxtəlif vulkanik fəaliyyətlər müşahidə edilir. Xatırladaq ki, Avropanın ən yüksək aktiv vulkanında şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər sonuncu dəfə 2024-cü ilin yay aylarında müşahidə edilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri