Icma.az
close
up
RU
Vulqar akne nədir? Müalicə üsulları

Vulqar akne nədir? Müalicə üsulları

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vulqar akne - kombinə olunmuş qara və ağ, qeyri-iltihabi, civzəli iltihabi,  papula, pustula, düyüncüklər və ya kistaların əmələ gəlməsilə xarakterizə olunan dəri xəstəliyidir.

 Çox vaxt bu zədələnmələr üzdə və boyunda əmələ gəlir, lakin kürək, döş, bazu və sağrı nahiyələrində də rast gəlinə bilər. Bunlar tük follikullarını və onların piy vəzilərini birləşdirən pilosebasey vahidi (tük follikulu, tükü qaldıran əzələ və piy vəzi) obstruksiyası və ya infeksiyalaşması nəticəsində əmələ gəlir.

 Akne vulqaris və akne rozaseanı fərqləndirmək vacibdir, belə ki, akne rozaseaya dərinin quruluğu, komedonların olmaması, üzdə qızartılar, rinofimalar, oftalmoloji əlamətlər, teleangiektaziyalar və pik nöqtəsinin 40-70 yaş arasına təsadüf etməsi xasdır. Vulqar aknenin pik dövrü, adətən, pubertat dövrə təsadüf edir, lakin körpələrdə və böyüklərdə (10%-20%), eləcə də, gənc qadınlarda menstruasiya zamanı əmələ gələ bilər. Dəri piyinin istehsalının artması, aknenin propion bakteriyalarının (P. acnes), simbiotik anaerob dəri bakteriyalarının yayılması iltihab prosesinə təkan verir.

 P.acnes-in ifraz etdiyi lipaza triqliseridləri follikul divarını qıcıqlandıran sərbəst yağ turşularına qədər parçaladıqda papulalar əmələ gəlir;  pustulalar isə P.acne follikul daxilində iltihab törətdikdə yaranır. Düyüncüklər və kistalar yumşaq toxumaların davamlı iltihabından sonra ikincili əlamət olaraq inkişaf edir; fiziki manipulyasiyalar (məs., tez-tez dərinin pilinqi) follikulları partladır, nəticədə sərbəst yağ turşuları, bakteriyalar və keratin toxumalara düşür.  

Vulqar aknelərin etiologiyasında həm endogen, həm də ekzogen faktorlar iştirak edir. Müşahidələrə əsasən, vulqar aknelərin əmələ gəlməsində genetik faktorların mühüm rolu var. Dəri piyi ifrazını artıran və keratinositlərin proliferasiyasını stimulə edən androgenlərin kəskin yüksəldiyi pubertat dövr təkanverici mexanizm sayılır. Prepubertat dövrdə olan qızlarda komedonların sayı qanda dihidroepiandrosteron sulfatın səviyyəsi ilə düz mütənasibdir.  Vulqar aknelərin əmələ gəlməsində rolu olan digər hormonlara boy hormonu və insulinəbənzər boy faktoru aiddir. Digər triggerlərə mikrotravmalar, (məs., baş geyimləri, sərt korsetlər, idman dəbilqələri) və ya xaricə istifadə edilən vasitələr, o cümlədən, kosmetik vasitələr və sənaye tullantıları aiddir. Müəyyən medikamentlər: sistemli kortikosteroidlər, hamiləlikəleyhinə həblər (əsasən də tərkibində androgen stimulyatoru olanlar, noretisteron), litium, izoniazid, androgen steroidlər, halogenlər, fenitoin, və fenobarbital da vulqar aknelərin əmələ gəlməsinə və pisləşməyə səbəb ola bilər.  Hamiləlik və ya menstrual tsikl zamanı baş verən dəyişikliklər (yumurtalıqların polikistozu və digər hormonal dəyişikliklər) vulqar aknelərin əmələ gəlməsinə və kəskinləşməsinə səbəb ola bilər.  

Akne vulqarisin etiologiyasında pəhriz faktorunun rolu mübahisəli olsa da, müşahidələr meyilli insanlarda piylənmənin, yüksək qlikemik indeksli qidanın, eləcə də, süd məhsullarının rol oynadığını göstərir.  Akne vulqarisin ən çox yayılmış ağırlaşması- iltihab sonrası piqmentasiya, çapıqlar, o cümlədən, hipertrofik və keloid izlərdir. Az iltihablaşmış və ya iltihablaşmamış aknelər, adətən, iz qoymadan sağalır. İltihablaşmış aknelər isə çox vaxt sağaldıqda şapıq izi qoyur.  Çapıq və aknelərin əmələ gəlməsi yeniyetmələr üçün emosional stress faktoru ola bilər. Şarabənzər aknelər aknenin nadir və kəskin forması hesab edilir. Bunlar mövcud aknelərin proqressiv ağırlaşması və ya bir necə il latent halda olmuş vulqar aknenin kəskinləşməsi nəticəsində əmələ gəlir. Bunlara eybəcərliyə gətirə bilən, dərində yerləşən, bir-birilə əlaqəli dərialtı absses və çapıqlar xasdır. Əvvəldən yumşaq olan aknenin sıxılması və üstünün qoparılaraq çıxarılması, acne excoriee adlanan nevrotik ekskoriasiyaya gətirib çıxarır; buna səbəb isə psixopatoloji amil və ya vərdişin formalaşmasıdır. Bu, çox hallarda pasiyentlərin üzündə dərin çapıq izlərinin qalması ilə özünü göstərir.  

Akne vulqarisin terapiyasında məqsəd dəri zədələnməsinin, çapıqlaşmanın qarşısını almaq və residivin yaranmaması üçün psixopatoloji faktorları tənzimləməkdir. Bu terapevtik effektlərə nail olmaq üçün biotənzimləyici və təbii tərkibli preparatlar təhlükəsiz və effektli vasitə hesab olunur.

Dəri xəstəliklərində qaraciyərin müalicəsi çox vacibdir, belə ki, P450 sisteminin detoksikasion fermenti qaraciyər və dəridə eynidir. Əgər qaraciyər həddən artıq yüklənibsə, dəri yükü öz üzərinə götürür. Hepeel bu müalicənin əsas hissəsi hesab olunur.

Pəhriz!!!

Hepeel N50

Standart doza: 2 yaşdan kiçik: 1 tab -gündə 1 dəfə;

2-5 yaş: 1 tab- gündə 1-2 dəfə;

6 -11 yaş: 1 tab- gündə 2 dəfə

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tab- gündə 3 dəfə, yeməkdən 30

dəqiqə əvvəl və ya 1 saat sonra, dilaltı

Kəskin və ya başlanğıc doza: 2 yaşdan kiçik: 1 tablet  hər 1 yaxud 2 saatdan

bir,  gündə 4 dəfəyə qədər, sonra standart doza ilə davam etdirilir.

2-5 yaş: 1 tablet  hər 1 yaxud 2 saatdan bir,  gündə 6 dəfəyə qədər, sonra

standart doza ilə davam etdirilir.

6-11 yaş: 1 tablet  hər 1 yaxud 2 saatdan bir,  gündə 8 dəfəyə qədər, sonra

standart doza ilə davam etdirilir.

12 yaşdan yuxarı və böyüklər: 1 tablet  hər 1 yaxud 2 saatdan bir,  gündə 12

dəfəyə qədər, sonra standart doza ilə davam etdirilir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:376
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 12 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri