Icma.az
close
up
RU
Vüqar Bayramov: 2024 cü ildə büdcədən ən çox pul dekabrda xərclənib

Vüqar Bayramov: 2024 cü ildə büdcədən ən çox pul dekabrda xərclənib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycanda elm xərclərinin ÜDM-də payı cəmi 0.2 faizdir. Bu göstərici Rusiyada 1.0, Türkiyədə 1.1 faiz, dünya üzrə ortalama 2.2 faizdir. Deməli, bir sıra qonşu və eləcə də qlobal ortalama ilə müqayisədə ÜDM nisbətində elmə daha az vəsait ayrılır".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 485 milyon manat vəsait sərf edilib ki, bu da 2023-cü illə müqayisədə 28 milyon manat və ya 6.1 faiz çoxdur:

"Aqrar sektora ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi birbaşa subsidiyalara yönəldilir. Fermerlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi olduqca müsbət haldır və kənd təsərrüfatında dövlət dəstəyini nümayiş etdirir. Bununla yanaşı, hələ də ÜDM-in cəmi 5.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşür. Bu baxımdan subsidiyaların gəlir effektinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı".

"2024-cü ildə 55 publik hüquqi şəxsə dövlət büdcəsindən 958.5 milyon manat məbləğində vəsait ödənilib ki, bu da 2023-cü illə müqayisədə 516.4 milyon manat və ya 2.2 dəfə çoxdur. Bu o deməkdir, 55 publik hüquqi şəxslərə ödənilən vəsait artıq bir milyard manata yaxınlaşır və bu baxımdan, bu vəsaitlərin də səmərəliliyinin qiymətləndirilməsi və gəlir effektinin hesablanması məqsədəuyğundur. 2024-cü ildə də ənənəvi olaraq büdcə xərcləmələrində sonuncu rübün və eləcə də dekabr ayının, yəni sonuncu ayın payı müqayisəli olaraq çoxdur. Ötən il büdcə vəsaitinin 17.7 faizi, yəni 6 milyard 674 milyon manat ilin sonuncu ayında xərclənib".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri