Vüqar Gülməmmədov: Rəqəmsallaşma dövlət maliyyəsi üzrə daha dolğun mənzərə formalaşdıracaq
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəqəmsal həllərin tətbiqi dövlət maliyyəsinin uçotu və hesabatlılığında kassa metodundan hesablama metoduna mərhələli keçidi dəstəkləyəcək və hər iki metod üzrə məlumatların qarşılıqlı tamamlanmasını təmin edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, yeni rəqəmsal sistemlər kassa metodu üzrə hazırlanmış operativ hesabatların daha qısa müddətdə təqdim edilməsinə şərait yaradacaq:
"Eyni zamanda tətbiq ediləcək rəqəmsal həllər kassa metodu əsasında hazırlanmış məlumatların hesablama (akkumulyasiya) metodu ilə tərtib olunan daha geniş və analitik hesabatlarla uyğunlaşdırılmasına imkan verəcək. Bu isə dövlət maliyyəsinin real vəziyyəti barədə qərarvericilərə daha dolğun və aydın təsəvvür formalaşdıracaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















