Icma.az
close
up
RU
Vüqar İskəndərov: “Bu məsələ inzibati metodlarla yox, ictimai qınaqla düzələ bilər”

Vüqar İskəndərov: “Bu məsələ inzibati metodlarla yox, ictimai qınaqla düzələ bilər”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, cəmiyyətin müxtəlif kəsimləri arasında yaslarda verilən ifrat ehsan məsələsi müzakirə olunur.

Əksər insanlar bunun hansısa yolla aradan qalxmasını istəyir.

Bəs görəsən, bu adət necə qalxa bilər?

Məsələ ilə bağlı Gununsesi.info-ya Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.

Belə ki, o, bu barədə bildirib:

“Cəmiyyət qanunlarla bərabər, qaydalarla da idarə olunur. Elə qaydalar var ki, əsrlərdən bəri süzülüb gəlir, ənənə kimi cəmiyyətimizdə yaşayır. Bizim xalqda böyük-kiçik, qadın-uşaq hörmət anlayışları var. Elə qaydalar var ki, digər bir çox xalqlardan fərqlənir. Məsələn, çörəyə münasibət, ictimai nəqliyyatda böyüyə hörmət və.s. Fikrimcə, qaydaları nəsildənnəsilə ötürmək lazımdır. Qaydalar da qanunlarla cəmiyyətdə paralel olaraq davam etdirilməlidir”.

Vüqar İskəndərov həmçinin deyib:

“Yas mərasimləri də o cümlədən bu qaydalardan, ənənələrdən biridir. Orada hər hansı izbati metodunun olması fikrini bölüşmürəm. Təbii olaraq, məsələn, Qafqaz Müsəlmanları İdarəsinin tövsiyyələri var. Dəfələrlə fətvalar verilib ki, yaslarda israfçılığın qarşısı alınsın. Bu, zaman ötdükcə cəmiyyət tərəfindən tənzimlənməlidir. Belə də olur. Xatırlayırıq ki, əvvəllər 3-7-40, cümə axşamları verilirdi. 52-də var idi. Son illərdə məsələn, daha çox 3-7 mərasimi bir arada olur. Dində də var ki, yas üç gün olmalıdır. Burada gördüyümüz kimi, heç bir inzibati metod olmadı. Cəmiyyət özü sifariş verdi, sonra da məsələ icra olunmağa başladı. Elə yerlər var ki, insanlar daha diqqətlə yanaşır israfçılığa. Yerli icra hakimiyyətləri, Qafqaz Müsəlmanları İdarəsi daha çox bu məsələdə təbliğat aparmalıdır. İctimai qınaq məsələsi işləməlidir”.

Deputat imkanlı adamların da prosesə qoşulmalı olduğunu vurğulayır:

“Razıyam ki, daha çox imkanlı adamlar yas məsələsində dəbdəbə yaradır. Buradan qaynaqlanır həm də məsələ. Sanki hüzur verən düşünür ki, ölən insana daha yaxşı yanaşır. Ancaq belə deyil axı. Yanlışdır. İmkanlı insanın imkanı var, edir, bəs imkanı aşağı olanlar necə? Onlar da rəqabətə girəndə vəziyyət çətinləşir. Əzizini itirməyi bir yana, maddi çətinliklər də bir yana. Bu da arzuolunmazdır. Məncə, məsələ ictimai qınaqla, daha sonra da maarifləndirmə ilə olmalıdır. Təkcə qurumlar yox, televiziya, radio, qəzet, jurnal, saytlar, bir sözlə, cəmiyyətin bütün üzvləri birgə işləməlidir. Düşünürəm ki, qısa zamanda bu məsələ bir məcraya düşəcək”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri