Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Əlahəzrət Ədalətin axtarışında

Əlahəzrət Ədalətin axtarışında

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Moris Düverje doğru deyib: "Ədalətin olmadığı yerdə hər kəs günahkardır". Deməli, yalnız ədalətin olduğu yerdə kimin günahkar, kimin günahsız olduğunu ayırd edə bilərsən.

Dünən başqalarını xəyanətdə günahlandıranların indi özləri bu ittihama "qonaq edilir". Əvvəllər də dediyim kimi: hər şey o qədər qarışıqdır, hər kəs o qədər "bulaşıq"dır ki! O üzdən ictimai kələflər sanki heç vaxt açılmayacaq qədər dolaşıqdır!

Üstəlik, baxırsan, biriləri azadlıqdan məhrum olunan kimi, başqa biriləri dərhal adamlıqdan məhrum olur: nə zəhərləri varsa, anındaca qusur. Dünənə qədər başına and içdiklərinin boğazını "üzmək" növbəsinə düzülüb girəvə qovalayır.

Olsun, bir söz demirəm. Mən, heç kimə görə yox, Əlahəzrət ƏDALƏT üçün narahatam.

Axı ƏDALƏT dediyin nəsnə kampaniyaçılığın basabasında əzilib xurd-xəşil edilir! "Zirək" tövbəkarların qaldırdığı gecikmiş "səmimiyyət" tozanağınında bəzən günahkarla günahsızın fərqi, haqqla haqsızlığın ayırıcı xətti görünməz olur.

Hərçənd elə müttəhim də var (haşa Konstitusiyadan!), təqsirsizlik prezumsiyası da onun "əyninə dar gəlir"; günahları, necə deyərlər, adamı uzaqdan "çağırır". Yerli siyasətin intriqa dolu yuxarı kabinetində uzun illər "bozarmış" sifəti artıq heç bir qrim gizlədə bilməz. Belə tiplərə ilkin istintaqın alı da yaraşır, ədalət mühakiməsinin şalı da. Fikir verdinizsə, məşhur "villa dustağı" heç apelyasiya şikayəti də vermədi.

Niyə?!

Ona görə ki, yalnız öz günahsızlığına inananlar onun isbatı üçün çalışarlar. Elə deyilmi?! Öz günahsızlığına heç özü də inanmayanlar isə müttəhim taleyinə dirənə bilməz ki!

Bax, bu cür adamlar və onların dəstəsi indi öz qurduqları tələdə çabalayırlar. Üstəlik özlərindən olmayanları da öz dibsiz bataqlığına və öz amansız qaranlığına çəkməyə çalışırlar; necə deyərlər, şəxsi "cəhənnəminə" gedən yola yoldaş toplayırlar...

Bəli, yalnız öz günahsızlığına inananlar bunu isbatlamağa can atır; bunun üçün əlindən gələni edir, əlindən gəlməyəni də. Öz günahkarlığından əmin olanlarsa, əllərini çarpazlayıb, ayaqlarını cütləşdirib oturub sakitcə özünün villa "dustaqlığı"nı yaşayır. Belə adamlar törətdiyi əməlləri - günahlarını hər cür istintaqdan da, məhkəmədən də dəqiq bilirlər axı. Dövlətin belə hələlik bilmədiyi günahlarını.

Zamanında qanundan qorxmayanlar indi qorxunun qanunlarına biət etməyə məhkum olub.

Bilirsiniz, Qanundan qorxan adam ən cəsur adamdır. Qanundan qorxacaq qədər qoçaq! Bizi qanunla qorxudanlar da elə bu üzdən var!

Qanunla qorxu arasında ən günahsız bağlantı belə qurulurmuş, demək!

Düverjenin dediyinə qayıdıram: hamı günahsız ola bilməz; özünü qanundan qıraqda, ya da qanundan üstün görənlər illah ki var. Bunun da adını qoymaq, cəzasını kəsmək dövlətə düşər. Bir mühüm şərtlə: ədalətin tərəzisi çaşmasın. Yoxsa, siyasi solçunun - hüquqçu yazıçının dediyi kimi, hamı hamını günahlandırmağa nəsə tapacaq. Əslində isə ədaləti yalnız adil üsullarla bərqərar etmək olar; qanunsuzluğu yalnız qanun çərçivəsində cəzalandırmaq lazımdır. Yoxsa Tatsitin təsvir elədiyi vəziyyət alınar: günahsız cəzalanar, günahkar cəzasız qalar. Dövləti, bax, bu halın hər ikisi eyni dərəcədə sarsıdır, bilməmiş deyilik...

Əvvəl də yazdığım kimi: bir yerdə məhkəmənin bir haqsız hökmü varsa, o hökmün nə vaxtsa, mütləq bir məhkəməsi də var. Dövlətin özünüqoruma refleksləri təbiidir, əsaslıdır. Xüsusilə, uzun illər bu ierarxiyada (çox zaman kölgədə) oturub, özünün (paralel) sistemini qurmaqla məşğul olmuş "bürokratik akademik" şəbəkələşməyə qarşı. Bununla yanaşı "qurunun oduna yaşı yandırmaq" riskləri də yox deyil. Dövləti bu risklərdən sığortalaya biləcək tək bir şey var: ədalət!

Hətta günahkarlığı gözlə görünənlərin belə əməlləri zərgər dəqiqliyi ilə araşdırıldıqda, haqq öz yerini alacaq. O məşhur fransızın məlum aforizmi də bu anlamı verir.

Moris Düverjeni deyirəm. O, əqidəli kommunist idi, bizdəki bu siyasi kardinallardan, yəni sağ göstərib sol vuran solçulardan olmamışdı. Çox önəmli bir həqiqəti ifadə etmişdu bu adam.

Həm də tək o deməmişdi axı. Başımıza hər dəfə bir posthəqiqət daşı düşəndə, Emil Zolyanın nə demək istədiyini başa düşməyə başlayırıq: "Həqiqətdən ədalət, ədalətdən səadət doğur". Sən demə, Mişel de Monten də bunu qəsd etmişdi: öz həqiqətini itirən millət öz səadətini tapa bilməz.

Ədalət təkcə fərdi deyil, həm də milli və bəşəri səadətin də zəminidir. Fərdlər, xalqlar üçün, bütövlükdə bəşəriyyət üçün ləyaqətli yaşam axtaranların da yolu mütləq bir-biri ilə ədavətdən deyil, sağlam rəqabətdən keçir. Deməli, siyasi rəqabət əslində ədalətin düşməni deyil, dost-doğma övladıdır. Bu baxımdan, siyasətinə cinayət elementləri qatanlar da gec-tez ədaləti köməyə çağırır. Ədalət isə, Mirabonun dediyinə görə, topaldır...

P.S. Son olanlara təəccüblənmədim; onsuz da tutanlar da, tutulanlar da buna çoxdan hazırlaşırdı. Qabriel Qarsia Markesin "Gözlənilən bir qətlin tarixçəsi" povestindəki kimiydi hər şey: hamı hər şeyi əvvəlcədən bilirdi (yeri gəlmişkən, Rüstəm İbrahimvəyovun yazdığı "Bir cənub şəhərində", bax, bu povestdən "təsirlənmişdi"). Hamı bilirdi, kim kimi qətlə yetirəcək və niyə? Bizdə bugünkü olayları isə "gözlənilən bir həbsin tarixçəsi" adlandırmaq olar. Dediyim kimi, heç kimsə təəccüblənmədi, ancaq təəssüflənənlər, təbii ki, vardı. Təkcə itirilmiş keçmişə görə yox, həm də ola bilsin, itiriləcək gələcəyə görə təəssüf dedilər.

Yer demişkən, bəlkə də burda ən xəfif - günahsız sarkazma da yer qalmayıb, amma qələmin ucuna gəlmiş sözü geri qaytarmaq istəmirəm: belə getsə, bir azdan Cinayət Məclləsində siyasətçilər üçün maddə tapılmayacaq. Ayrıca Siyasət Məcəlləsinə nə deyirsiniz?!

Amma ciddi sözümdür: daha əvvəl də yazdığım kimi, deyəsən, Siyasi Rəqabət Məcəlləsinə ehtiyac var. Orda ifrat radikallaşmaya fürsət verməyən, rəqabəti şəxsi düşmənçilik səviyyəsinə endirməyi qadağan edən, nifrət dilini, şəxsi motivlərə görə siyasi qisasçılığı yasaqlayan, troll ordularını tərksilah edə bilən normalar olsa, məgər yaxşı olmazmı?!

Bəlkə də oxucum bu yazdığıma etiraz edəcək. Bəlkə də yox.

Belə baxanda cəmiyyət də ifratçı siyasətlərdən həqiqətən yorulub, deyəsən. Yoxsa bu qədər dərindən susmazdı...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri