Icma.az
close
up
RU
Vüqar Oruc: Palataya bütün istiqamətlərdə yardım etməyə hazırıq

Vüqar Oruc: Palataya bütün istiqamətlərdə yardım etməyə hazırıq

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasının iclası keçirilib. 

Bu barədə "Cebheinfo.az"-a Cəmiyyətin sədri, Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc məlumat verib. 

V.Oruc bildirib ki, iclasda Cəmiyyətin sədri, sədrin birinci müavini, icra aparatının rəhbəri, icra aparatının rəhbərinin müavini, ölkədə fəaliyyət göstərən 15 bankın nümayəndələri və AQC Bank Ekspert Şurasının rəhbərliyi iştirak edib:

"Tədbirdə bank sektoru ilə qiymətləndirmə sektoru arasındakı münasibətlər, "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulundan və Qiymətləndiricilər Palatasının yaradılmasından sonra sektordakı mövcud vəziyyət müzakirə olunub, problemlərin həlli üçün təkliflər səsləndirilib. Eyni zamanda banklarda çalışan və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda uğur əldə edərək şəhadətnamə alan qiymətləndiriclərin hüquqi statusu müzakirə edilib, müvafiq bankların və AQC-nin hüquqşünasları ilə bu vəziyyətin yenidən dəyərləndirilməsi qərara alınıb.

Əlavə olara Bank Ekspert Şurası Palataya müraciət etmək qərarına gəlib ki, bank qiymətləndiricilərinin və Palatada təmsil olunan təhsil işçilərinin illik üzvlük ödənişlərini müəyyən edəndə onların Palata üçün əhəmiyyəti nəzərə alınsın və endirimli, yəni aşağı məbləğlər müəyyən olunsun. Çünki bank və təhsil işçiləri biznesi olan Palata üzvləri deyil, onların yüksək məbləğli ödənişlər etmək imkanları yoxdur və Bank Ekspertlər Şurası ümid edir ki, Palatanın ümumi yığıncağı üzvlük haqqının ödənişini müəyyən edəndə məhz bu amili nəzərə alacaq.

Bu iki təbəqənin iştirakı Palatanın intellektual səviyyəsini, qarşıda qoyduğu hədəflərə çatmaq istiqamətində atacağı addımların daha məhsuldar olmasını təmin edən amillərdir. Yüksək məbləğlər təyin edərək bu şəxslərin Palatadan kənarda saxlanılması yolverilməzdir.  

V.Oruc bildirib ki, iclasda AQC Bank Ekspert Şurasının sədri Hikmət sadıqovun təklifi ilə müvafiq dövlət qurumlarına, habelə əsas tənzimləyici qurum olan İqtisadiyyat Nazirliyinə müraciət edilməsi qərara alınıb ki, Palatanın yanında İctimai Şura təşkil olunsun:

"Həmin şurada Azərbaycan Mərkəzi Bankının, AQC-nin, habelə Palata ilə əlaqəli fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri təmsil olunsun ki, bu Palatanın əhəmiyyətini, inzibati çəkisini daha da artırsın və hazırda onun qarşısında olan büdcənin təşkili, inzibati resursların əldə olunması, ofis və digər məsələlərin həlli istiqamətində addımlar atılması üçün mühüm əhəmiyyətə malik olsun. Yəni bu problemlərin həlli üçün Palata dövlət qurumlarının da dəstəyini əldə edə bilsin. Bir daha vurğulayırıq ki, AQC qiymətləndirmə sekrorunun inkişafında Palataya bütün istiqamətlərdə yardım etməyə hazırdır", - deyə sədr əlavə edib.    

Xatırladaq ki, Bank Ekspertlər şurası 29 yanvar 2024-cü il tarixində yaranıb və hazırda ölkədə fəaliyyət göstərən 15 bank (“Paşa Bank” ASC; “Azərbaycan Beynəlxalq Bankı” ASC; “Kapital Bank” ASC; “Access Bank” QSC; “Expressbank” ASC; “Bank of Baku” ASC; “Ziraat Bank Azərbaycan” ASC; “Unibank”  ASC; “Rabitəbank” ASC; “Yelo Bank” ASC; “Yapı Kredi Bank Azərbaycan” QSC; “Bank Avrasiya” ASC; “Bank VTB Azərbaycan” ASC; “Premium Bank” ASC; “Bank Respublika” ASC) və AQC rəhbərliyi Şuraya daxildir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri